GünAzTV: İran Kosmik Araşdırmalar Mərkəzinin 3 əməkdaşı baş verən yanğında həlak olub.
Bu barədə, İranın kommunikasiya və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi fevralın 3-də “Kosmik Texnologiyalar Günü” münasibətilə Tehranda keçirilən bir toplantıda jurnalistlərə məlumat verib.
Məhəmməd Cavad Azəri Cəhromi
O bildirib ki, hadisə, Kosmik Araşdırmalar Mərkəzinin kosmik nəqliyyat sistemlərini araşdıran tədqiqat bölməsində baş verib: “Yanğın baş verən zaman, mərasim keçirildiyinə görə, heç kəs yanğından xəbər tuta bilməyib. Hadisə nəticəsində mərkəzin 3 araşdırmaçısı həlak olub”.
Nazir, yanğının baş verdiyi tarixi, səbəbini və həyatlarını itirən 3 “araşdırmaçı”nın adlarını açıqlamayıb.
A.M