SON XƏBƏRLƏR

İran Limanlar Təşkilatı: “Sabiti” neft tankeri ola bilsin ki, iki raketlə hədəfə alınıb”

2021.10.20, 07:36
İran Limanlar Təşkilatı: “Sabiti” neft tankeri ola bilsin ki, iki raketlə hədəfə alınıb”

Gunaz.tv

GünazTV: İranın Limanlar və Naviqasiya Təşkilatı oktyabrın 13-də bəyanat yayaraq, bu öləkyə məxsus “Sabiti” neft tankerində baş verən partlayışları kənar qüvvələrin mümkün hücumu ilə əlaqələndirib.

 

Neft tankerində baş verən partlayışları “Sabiti” yə qarşı terrorçu hucum” adlandıran bəyanatda deyilir ki, İran tankeri bu olaydan sonra Səudiyyə Ərəbistanından, Misirdən və Sudandan yardım istəsə də, onun köməyinə gələn olmayıb: “Sabiti” neft tankeri ola bilsin ki, iki raketlə hədəfə alınaraq vurulub” deyə, bəyanatda qeyd olunur.

 

Bəyanatda İran gəmisinə qarşı raket hücumunda şübhəli bilinən konkret hər hansı bir ölkənin adı çəkilməyib.

 

Səudiyyə Ərəbistanının sərhəd qvardiyası isə oktyabrın 12-də yaydığı bir bəyanatda İranın bu iddiasına cavab verib. Bəyanatda bildirilir ki, İran tankeri xəsarət aldığını bildirib yardım istəsə də, sonradan izləmə sistemini söndürərək öz yolunu davam etdirib.

 

Bundan əvvəl, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani oktyabrın 12-də jurnalistlərə açıqlamasında ölkəsinin Qırmızı dənizdə üzən “Sabiti” neft tankerində baş verən partlayışlardan və gəmiyə qarşı naməlum raket hücumlarından danışaraq region ölkələrini təhdid edib: “Ticari gəmilərin sərbəst hərəkətinə və onların təhlükəsizliyinə xələl gətirmək üçün beynəlxalq sularda  baş verən şər əməllər və dəniz quldurluğu kimi hallar cavabsız qalmayacaq” –deyə Əli Şəmxani bildirib.

 

 

Xatırladaq ki, oktyabrın 11-i, saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus “Sabiti” neft tankerində iki güclü partlayış baş verib. İranın bəzi hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia etsələr də, rəsmi Ər-Riyad bu ittihamı rədd edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar