SON XƏBƏRLƏR

İran MAQATE-nin müfəttişini qısa müddətlik saxlayıb, sənədlərini müsadirə edərək sərbəst buraxıb

2021.10.20, 07:36
İran MAQATE-nin müfəttişini qısa müddətlik saxlayıb, sənədlərini müsadirə edərək sərbəst buraxıb

Gunaz.tv

GünAz TV: İranın təhlükəsizlik orqanları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərindən birini qısa müddətlik həbs edib, daha sonra ona məxsus rəsmi sənədləri müsadirə edərək, özünü sərbəst buraxıb.

 

İranın Atom Enerjisi Təşkilatı da məsələni təsdiqləyib və müfəttişin Nətənz Atom Elektrik Stansiyasına buraxılmamasının səbəbini onun üzərində “şübhəli maddə”nin olması ilə əlaqələndirib.

 

“Həmin qadın müfəttişin nüvə təsisatına girişi zamanı yoxlama cihazları siqnal səsi verməyə başlayıb. Buna görə də, onun üzərində olan əşyalarına baxış keçirilməklə, Nətənzə girişinin qarşısı alınıb. Bununla bağlı MAQATE-yə də raport edilib və həmin müfəttişin qəbulu artıq ləğv edilmiş hesab edilir”, - deyə qurumun açıqlamasında vurğulanır.

 

Təşkilat məsələ ilə bağlı təhqiqatların davam etdiyini, bu gün bu barədə MAQATE-nin Qubernatorlar Şurasında müfəssəl hesabat təqdim ediləcəyini qeyd edib.

 

Bu, 2015-ci ildə rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından sonra qeydə alınan ilk belə hal hesab edilir.

 

“Reuters” agentliyi məsələ ilə bağlı iki diplomatik mənbəyə istinadən hadisə ilə bağlı ətraflı məlumat dərc edib. Həmin diplolmatlardan biri hadisənin ötən həftə baş verdiyini desə də, digəri bununla bağlı konkret zaman göstərməyib. Onlar bu prosesin davam edəcəyi təqdirdə, İranın gələcəkdə müfəttişlərin işinə əngəl törədəcəyini qeyd ediblər.

 

Artıq həmin qadın müfəttişin İran tərəfindən verilmiş akkreditasiyası ləğv edilib və o, ölkədən deportasiya olunub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar