SON XƏBƏRLƏR

İRAN MƏHBUSLARIN SAYINA GÖRƏ DÜNYA REKORDUNU TƏZƏLƏYİB

2021.10.20, 07:36
İRAN MƏHBUSLARIN SAYINA GÖRƏ DÜNYA REKORDUNU TƏZƏLƏYİB

Gunaz.tv
İran hər 100 min nəfərə düşən məhbusların sayına dünya ölkələri arasındakı rekordu təzələyib. «Media forum» saytının məlumatına görə, bunu İran Zindanlar Təşkilatının rəisi Əli Əkbər Yəsaqi deyib. Yəsaqi hazırda İran zindanlarında 150 min nəfərə yaxın məhbusun saxlandığını bildirib: «İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir. İranda hər 100 min nəfərə 200 məhbus düşür. Asiyada bu rəqəm 140-dır. Dünya üzrə isə orta hesabla hər 100 min nəfərə 184 məhbus düşür». Zinanlar Təşkilatının rəisi İranda məhbusların artmasının səbəbini dövlətin cinayətlərə daha həssas yanaşması ilə izah edib. Müstəqil hüquqşünas Əbdülfəttah Sultani isə «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında İranda məhbusların sayının artmasını bu ölkədə daha çox əməlin cinayət sayılması ilə əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar