SON XƏBƏRLƏR

İran məhkəmə sisteminin rəhbərindən işgəncəyə məruz qalan İsmayıl Bəxşiyə: “Həbsxana hotel deyil”

2021.10.20, 07:36
İran məhkəmə sisteminin rəhbərindən işgəncəyə məruz qalan İsmayıl Bəxşiyə: “Həbsxana hotel deyil”

Gunaz.tv

GünAz TV: “Həft-Təpə” şəkərqamışı zavodunun əməkdaşları İran məhkəmə siteminin rəhbəri Sadiq Laricaninin fikirlərinə münasibət bildirib.

 

Zavod işçilərinə məxsus olan telegram sosial şəbəkəsindəki qrupda yayılan münasibətdə işçilər Sadiq Laricanidən boşboğazlıq etməməyin istəyiblər. Münasibətdə həmçinin İsmayıl Bəxşinin həbsxanada olarkən vəhşicəsinə ölənə qədər döyülməsi və ona zorla psixotrapik dərmanların verilməsi bir daha Sadiq Laricaninin diqqətinə çatdırılıb.

 

Xatırladaq ki, dünən (7 yanvar-red.) İran məhkəmə sisteminin rəhbəri Sadiq Laricani İsmayıl Bəxşinin ETTELAT tərəfindən həbs edildikdən sonra işgəncəyə məruz qalması barədə dediklərinə münasibət bildirərkən, demişdi ki, “bəzən məhkum həbsxana mühitinin otel kimi olacağını təsəvvür edir, amma həbsxana hotel deyil”.

 

Sadiq Laricani həmçinin İsmayıl Bəxşiyə işgəncə verənin “özbaşına müstəntiq” olduğunu iddia etmiş və bu halın İran siyasi sisteminin adına yazılmamağını istəmişdi. O, həmçinin İranın “islami sistemi”ndə işgəncənin “qadağan” olduğunu demişdi. Hansı ki, 1979-cu ildən bu tərəfə İranda yüzlərlə məhkum işgəncə nəticəsində həbsxanalarda dünyasını dəyişib.

 

Qeyd edək ki, bir neçə gün öncə “Həft-Təpə” zavodunun həbsxanadan şərti azadlığa buraxılmış əməkdaşı İsmayıl Bəxşi öz instaqram səhifəsində təcridxanada saxlandığı müddət ərzində fiziki və psixoloji təzyiqlərə məruz qaldığına görə ETTELAT nazirini canlı televiziya debatına dəvət etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar