İran Məhkəmə Sisteminin rəhbərinin müşaviri koronavirusdan ölüb

03.03.2020, 23:18

GünAz TV: İran Məhkəmə Sisteminin rəhbərinin müşaviri Əhməd Tuyserkani koronavirusdan ölüb.

 

Bu barədə məlumat yayan İran Parlamentinin spiker müavini Əbdülrza Misri 23 millət vəkilinin də koronavirusa yoluxduğunu deyib. Lakin o, həmin deputatların adını çəkməyib.

 

Bundan bir neçə gün öncə yalnız 5 deputatın koronavirus testinin müsbət çıxdığı elan edilmişdi.

 

Əbdülrza Misri iddia edib ki, deputatlar "xalqla sıx təmasda" olurlar və buna görə də, onların yoluxucu xəstəliklərə tutulması təbiidir. O, həmçinin qeyd edib ki, millət vəkillərinin sözügedən virus səbəbindən xalqla görüşləri ləğv edildiyindən, onlar və yeni deputat seçilənlər insanlarla təmasdan çəkinməlidirlər.

 

İranın "İsna" kimi xəbər agentlikləri də Məhkəmə Sisteminin rəhbərinin müşaviri və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin sabiq rəhbəri Əhməd Tuyserkaninin sözügedən virus səbəbindən öldüyünü təsdiqləyiblər. Məlumatlarda ürək xəstəliyindən əziyyət çəkən Əhməd Tuyserkaninin koronavirusa yoluxmazdan öncə müalicə almaq üçün xəstəxanaya yerləşdirildiyi deyilir.

 

Digər tərəfdən, İran Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivəndin də koronavirusa yoluxduğu barədə yerli media orqanlarında xəbərlər yayılıb. Xidmət yaydığı bəyanatda faktı təsdiqləyib və Kulivəndin hazırda müalicə olunduğunu bildirib.

 

Ötən gün isə "İlna" xəbər agentliyi İranın Tibb Şurasının rəhbərinin müavini Məhəmməd Cahangirinin qeyd edilən virusa yoluxduğu barədə məlumat yaymışdı.

 

Qeyd etmək lazımdır ki, son günlər İranın tanınmış siyasətçiləri və din xadimlərindən bir neçəsinin koronavirusa yoluxduğu və ya bu xəstəlikdən öldüyü barədə xəbərlər yayılmaqdadır.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01