SON XƏBƏRLƏR

İran məhkəməsi bir neçə xuzistanlı jurnalist və yazıçının həbsinə göstəriş verib

2021.10.20, 07:36
İran məhkəməsi bir neçə xuzistanlı jurnalist və yazıçının həbsinə göstəriş verib

Gunaz.tv

GünAz TV: Abadan rayonunun Ümumi və İnqilab məhkəməsinin istintaq bölməsinin 2-ci şöbəsi xuzistanlı 5 jurnalist və yazıçının istintaqa cəlb edilməsilə bağlı göstəriş verib.

 

Barələrində axtarış hökmü çıxarılan həmin şəxlər Kuruş Kərəmpur, Mandana Sadiqi, Həsən Musəvi, Hoda Kərimisədr və Dariyuş Memardır.

 

Hökmdə bu şəxslərin daha öncə digər 8 nəfərlə birlikdə “Sepah” terror təşkilatının Xuzistanda yerləşən “Vəliəsr” qərargahı tərəfindən saxlanılıb dindirildikləri qeyd edilib. Eləcə də, bu hökm həmin 8 nəfərə şamil deyil, yalnız sözügedən 5 nəfər jurnalist və yazıçının saxlanılması üçün çıxarılıb.

 

Bu 5 jurnalist və mədəni fəalın tutulmaq üçün axtarışa verilməsi İranda benzinin bahalaşmasına qarşı keçirilmiş xalq nümayişlərindən qısa müddət sonraya təsadüf etməsi diqqət çəkir. Həmin nümayişlər zamanı 40-dan çox olmaqla, ən çox insan ərəblərin yaşadığı Xuzistan bölgəsində öldürülüb.

 

Hökmdə yuxarıda adları çəkilmiş jurnalist və yazıçılara qarşı “İslam Respublikasına düşmən olan qruplaşmalarda üzvlük”, “Əbülfəz qərargahının məmurlarına böhtan atma, onları təhqir və təhdid etmə”, “dövlət əleyhinə təbliğat fəaliyyətləri”, “dini lideri təhqir etmə”, “islam müqəddəslərini təhqir etmə” və “ictimai rəyi kütləvi itaətsizliyə təşviq etmə” kimi qondarma ittihamlar irəli sürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar