SON XƏBƏRLƏR

İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü: “Ərə getmək istəyən azyaşlı qızların evliliyinə qarşı çıxmaqdansa, onlara kömək etmək lazımdır”

2021.10.20, 07:36
İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü: “Ərə getmək istəyən azyaşlı qızların evliliyinə qarşı çıxmaqdansa, onlara kömək etmək lazımdır”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü Həsən Novruzi azyaşlı uşaqların, xüsusilə də qız uşaqlarının erkən evliliyinə qarşı çıxanları “Allahın hökmünə qarşı çıxmaqda” ittiham edib.

 

Yanvarın 22-də “minimum evlilik yaşının artırılması layihəsi” ilə bağlı keçirilmiş görüşdə çıxış edən Novruzi bildirib ki, “15 yaşlı qız uşaq deyil, o, ərə gedib, ailə məsuliyyətini üzərinə götürmək qabiliyyətindədir. Buna görə də biz ərə getmək istəyən qızlara əngəl törətməkdənsə, onlara bir çarə qılmalıyıq”.

 

Qeyd edək ki, layihəni dəstəkləyənlər və onun əleyhdarlarının iştirakı ilə keçirilən bu görüşdə qadın Bəsic təşkilatının rəhbəri Mino Aslani də iştirak edib. Azyaşlı qızlarının ərə getməsini dəstəkləyən Aslani bir müddət əvvəl xəbər agentliklərindən biri ilə müsahibəsi zamanı bildirmişdi ki, “qızım yoxdur, amma olsaydı, onu 13 yaşda ərə verərdim”. Həsən Novruzi də bu görüşdən bir neçə gün əvvəl demişdi ki, “nənəm 9 yaşda ərə gedib və heç bir problemlə də üzləşməyib”.

 

Görüş zamanı Novruzi bildirib ki, şəri qaydalara əsasən, azyaşlı uşaqların evliliyinə qarşı çıxanların fikirlərini “Allahın hökmlərə qarşı çıxmaq kimi qəbul etmək olar”.

 

Xatırladaq ki, hazırda İranda ən böyük sosial problemlərdən biri azyaşlı uşaqların evliliyidir. Bu məsələ ilə bağlı müxtəlif dövrlərdə yayımlanan statistikalarda erkək yaşlarda baş tutan izdivacların həddən artıq çox olduğu nəzərə çarpır. Eləcə də, ölkədə azyaşlı uşaqların boşanma halı da narahat edici səviyyədədir. Bu yaxınlarda iranlı tədqiqatçı Kamil Əhmədi ölkəsində 14 mindən çox boşanmış azyaşlı qız uşağının olduğunu bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar