SON XƏBƏRLƏR

İRAN MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR.Vəfa Quluzadə

2021.10.20, 07:36
İRAN MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR.Vəfa Quluzadə

Gunaz.tv
“İRAN MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR” 26.jpg Vəfa Quluzadə: “Görünür, Tehranın hansısa məlumatı var ki, pullarını Avropadan çıxarır” Songünlər ABŞ-ın İrana qarşı hərbi əməliyyatları mövzusu yenidən dünya mediasının gündəmində əsas yerlərdən birini tutub. Xüsusilə də Tehranın ona qarşı tətbiq edilən maliyyə sanksiyaları qarşısında geri çəkilməyərək nüvə enerjisinə nail olmaq istiqamətində israrlı addımlar atması hərbi əməliyyatların sürətlə yaxınlaşmasından xəbər verir. ABŞ və İsrail rəsmilərinin İrana qarşı sərt bəyanatlarını davam etdirməsi, həmçinin bu bəyanatların Tehrandan adekvat reaksiya ilə qarşılanması “soyuq müharibə”nin hərbi əməliyyatlarla sonuclanacağına getdikcə şübhə yeri qoymur. Xüsusilə də belə bir ərəfədə İranın Avropa banklarında saxladığı 75 milyard dolları geri çəkdiyini rəsmən açıqlaması Tehranın da hərbə hazırlaşmasına işarə kimi qiymətləndirilir. Qeyd edək ki, İranın xarici işlər nazirinin iqtisadi işlər üzrə müavini Möhsün Tale açıqlama verərək prezident Mahmud Əhmədinejadın əmri əsasında İranın Avropadakı pullarının bir hissəsini qızıla çevrildiyini, bir qisminin isə Asiya banklarına transfer edildiyini söyləyib. ABŞ və Avropa Birliyinin hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarından əlavə qadağalar tətbiq etmək variantı üzərində işləməsi də vəziyyətin gərgin müstəvidə inkişaf etməsindən xəbər verir. Məlum olduğu kimi, ABŞ prezidenti Corc Buş Avropaya səfəri zamanı Avropa banklarındakı İran pullarına həbs qoyulması, həmçinin bu ölkənin dövlət banklarının Avropa maliyyə sisteminə çıxışının əngəllənməsini nəzərdə tutan razılaşma əldə edib. Ekspertlərin fikrincə, daha sərt sanksiyalar da İranı geri çəkilməyə vadar etməyəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələrin endirilməsi gündəmə gələcək. Politoloq Vəfa Quluzadə də müharibə ehtimalının heç vaxt aradan qalxmadığı qənaətindədir: “Əgər ABŞ prezidenti bəyan edibsə ki, masamın üstündəki variantların içərisində müharibə variantı da var, deməli, müharibə hər an başlaya bilər. Eyni zamanda İsrail bəyan edirsə ki, İranın nüvə silahına malik olmasına icazə verilməyəcək, bu, müharibə ehtimalının daim qaldığından xəbər verir”. V.Quluzadə C.Buşun Avropa ölkələrinə səfərində də İran mövzusunun aparıcı müzakirə predmeti olduğuna şübhə etmir: “Heç şübhəsiz ən yüksək səviyyələrdə İran məsələsi müzakirə olunub. Bu müzakirələrin gedişində nə qərara gəlindiyini demək çətindir. Amma Buş elan edə bilər ki, onsuz da İran əməliyyatı olacaq və Avropa ölkələri öz hesablarını götürsünlər. Yaxud ABŞ prezidenti hələlik qərarın verilmədiyini və Avropa ölkələri ilə məsləhətləşmələrə gəldiyini bildirə də bilər. Mütləq deyil ki, İran Buşun prezidentliyi dövründə vurulsun. Bu, gələcəyə hesablanmış addım da ola bilər. Qərar verən Amerika olduğu üçün proqnoz vermək çox çətindir. Hazırda Pentaqon və ya İsrail qərargahlarında nələrin müzakirə olunduğunu demək asan məsələ deyil”. Politoloq ABŞ-ın İrana qarşı əməliyyatlarının fəlakətli vəziyyət yaradacağından narahatçılığını bildirdi: “Bu müharibə bütün Yaxın Şərqi xaraba qoya bilər. Çünki İran balaca bir ada deyil. Bu, nə vaxtilə Liviyaya vurulan nüvə zərbələri, nə də İraq əməliyyatıdır. İran çox böyük ölkədir və əhalisi də çoxdur. Bütün proqnozlar göstərir ki, İran çox ciddi müqavimət göstərəcək”. İranın xarici banklardakı pullarını çıxarmasına gəldikdə, V.Quluzadə hesab edir ki, görünür Tehranın nəsə məlumatı var: “Fakt budur ki, Avropa ölkələri də NATO-nun müttəfiqi və ya üzvləridir. Müharibə başlasa onlar da ABŞ-ın tərəfində dayanacaqlar. O zaman isə İran öz kapitalından istifadə edə biləyəcək. Bu səbəbdən Tehran ehtiyat tədbirləri görür”. Ancaq ekspertin fikrincə, əgər müharibə yaxınlarda başlasaydı, o zaman İran o qədər pulu qısa müddətdə banklardan çıxara bilməzdi. Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar