SON XƏBƏRLƏR

İran Neft Nazirliyində böyük rüsvayçılıq- Nazirlik kart oxuyucularla vətəndaşlardan rüşvət alırmış

2021.10.20, 07:36
İran Neft Nazirliyində böyük rüsvayçılıq- Nazirlik kart oxuyucularla vətəndaşlardan rüşvət alırmış

Gunaz.tv

GünAz TV: Uzun müddətdir ki, İran Neft Nazirliyində rəhbər şəxslərin rüşvət almaları ilə bağlı məlumatlar yayılır.

 

Hətta bir müddət əvvəl İran Milli Məclisinin mühafizəkar millət vəkilləri Neft Nazirliyinin bəzi əməkdaşlarının nazirlik binasında mövcud olan bir neçə kart oxuyucu ilə neft və qaz şirkətlərindən rüşvət alıb, daha sonra həmin pulu öz şəxsi hesablarına köçürdüklərini bildirmişdilər. Bu barədə danışan Nəcəfabadın deputatı Əbülfəz Əbuturabi ETTELAT əməkdaşlarınının Neft Nazirinin iş otağından 10 milyard (tümən-red.) dövriyyəsi olan 3 kart oxuyucu ilə birlikdə müəyyən miqdarda xarici valyuta və qızıl aşkar etdiklərini demişdi.

 

Buna baxmayaraq, İran Kəşfiyyat Nazirliyi- ETTELAT Neft Nazirinin rüşvət faktlarını ört-basdır etməyə çalışıb. Nazirliyin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, kart oxuyanlarla rüşvət faktları Neft Nazirliyinin “müqavilə əsasında çalışan əməkdaşı” tərəfindən həyata keçirilib və Neft Nazirliyinin rəhbərliyi onun barəsində “lazımı ölçüləri” götürüb.

 

ETTELAT-ın bəyanatında Neft Nazirinin otağından qızıl tapılması, eləcə də 10 milyard tümən rüşvətin kart oxuyucularıyla rüşvət kimi alınması faktları təkzib edilir və bu xüsusda araşdırmaların davam etdiyi bildirilir. ETTELAT bütün bu faktları gizlətməklə, görünür Neft Nazirinin qeyri-qanuni əməllərini ört-basdır etməyə, bütün məsuliyyəti sıravi işçi və ya işçilərin üzərinə yıxmağa çalışır.

 

ETTELAT-ın məsələyə münasibətindən öncə Neft Nazirliyi nazirliyin binasında hər hansı kart oxuyucunun mövcud olduğu faktını inkar etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar