İran Nurduz gömrüyündən Ermənistana silah- sursatla dolu yüzlərlə TIR göndərib- FOTOLAR

2020-10-14 13:53

İran rejimi işğalçı Ermənistan rejiminə dəstəyinin davamı olaraq, bu dəfə yenə Nurduz sərhəd buraxılış məntəqəsindən istifadə edərək, silah- sursatla dolu yüzlərlə TIR-ı bu ölkəyə göndərib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə güney azərbaycanlılar sosial şəbəkələrdə yaydıqları görüntülərdə xəbər veriblər. Bildirilir ki, həmin TIR-ların içərisində müsəlman Quzey Azərbaycan türklərinin qətliamında istifadə edə bilməsi üçün İran tərəfinin Ermənistana göndərdiyi silahlar, hərbi texnika və logistik vasitələr var. 


Qeyd edilir ki, adi vəziyyətdə Nurduz sərhəd buraxılış məntəqəsindən 1 yük maşınının keçməsi təxminən 8 saat vaxt alır. Amma İranın son dövrlər və hazırda Ermənistana göndərdiyi bu cür TIR-lar və yük maşınlar heç bir gömrük yoxlanışı olmadan, sürətli şəkildə Nurduzdan bu ölkəyə buraxılır. 


Eyni zamanda, digər etibarlı mənbələr Rusiyanın İran ərazisindən keçərək Ermənistana aparılması üçün İranın Ənzəli limanına (bəndər) yeni silah- sursat və texnika göndərdiyi barədə məlumat yayırlar. 


Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Dağlıq Qarabağın bəzi bölgələrini işğaldan azad etməsindən sonra Rusiya və İranın Ermənistana hərbi və logistik dəstəyi dəfələrlə çoxalıb. Bundan öncə Rusiyanın silah-sursat və hərbi texnika ilə yüklənmiş 600-dən çox "Kamaz" markalı hərbi maşınlarının İran ərazisindən keçərək Nurduz sərhəd buraxılış məntəqəsindən Ermənistana ötürülməsi ciddi etirazlarla qarşılanmışdı. 

 

Daha çox baxın: 

Güney Azərbaycanda Quzey Azərbaycana dəstək aksiyalarına çağırış edilib: "Nurduz bağlanmalıdır"

İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir- VİDEO

İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi- VİDEO

İran İslam Respublikası Rusiyanın silahlarını Ermənistana daşıyır- FOTO


Hazırda işğalçı Ermənistan rejimini təmin etmək üçün heç bir sərhəd mövcud deyil. Ermənistanın ehtiyac duyduğu bütün hərbi texnika, silah- sursat və digər məhsullar yalnız İran tərəfindən bu ölkəyə ötürülür. Uzun müddətdir ki, Gürcüstanın Rusiyanın Ermənistana göndərdiyi silahların bu ölkənin ərazisindən istifadə edilməklə çatdırılmasına icazə verməməsindən sonra rəsmi Moskva işğalçı rejimi İran ərazisindən istifadə etməklə silah- sursatla təmin edir. 


İran rejiminin Ermənistana hər cür hərbi və logistik dəstək verməsi güney azərbaycan türklərinin qəzəbi ilə müşayiət olunur. Bu səbəbdən oktyabrın 1-də Güney Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Tehranda etiraz aksiyasına qatılan güneylilər İran rejiminin Ermənistana dəstəyini pisləyərək, Quzey Azərbaycana dəstək nümayiş etdirmiş və Nurduz gömrüyünün bağlanmasını tələb etmişdilər. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12