SON XƏBƏRLƏR

İran nüvə məsələsində bir qarış belə geri cəkilməyəcək

2021.10.20, 07:36
İran nüvə məsələsində bir qarış belə geri cəkilməyəcək

Gunaz.tv
"İran nüvə məsələsində bir qarış belə geri cəkilməyəcək" 20080617110218ahmadinejad-afp11.jpg İran prezidenti Mahmud Əhmədinecat bəyan edib ki, onun ölkəsi nüvə böhranı məsələsində bir qarış belə geri cəkilməyəcək. 10 gün sonra İran ona edilən son diplomatik təkliflərə cavab verməlidir. Əks halda ölkəyə qarşı sanksiyalar tətbiq olunacaqdır. BBC-nin Tehrandakı müxbiri Con Leyn xəbər verir ki, prezident Əhmədinecatdan bu kimi şərhləri eşitmək təəcüb doğurmur, lakin İranın nüvə məsələsinə dair son beynəlxalq diplomatik danışıqlar böhranın dinc yolla həll edilə biləcəyinə bir ümid verəndən bəri bu ilk dəfədir ki, o, bu cür kəskin tərzdə danışır. İran öz nüvə proqramından bir qarış belə geri çəkilməyəcək. İran xalqı öz yolunu seçibdir. İran qlobal fövgal-dövlətdir... Prezident Əhmədinecat Hətta söz-söhbətlər var idi ki, prezidentdən öz ritorikasını bir qədər aşağı salmaq xahiş olunubdur. Lakin təmkinlik, bütün əlamətlərə görə, bitdi. Cənab Əhmədinecat deyib ki, "İran öz nüvə proqramından bir qarış belə geri çəkilməyəcək. İran xalqı öz yolunu seçibdir." İran prezidenti nüvə danışıqlarında ilk dəfə olaraq Amerika nümayəndəsinin iştirak etməsini tərifləsə də, onun sərt tərzi indi ondan xəbər verir ki, çətin ki, danışıqlarda hər hansı bir irəliləyiş olsun. Çıxışı zamanı prezident Əhmədinecat həmçinin Britaniyanın nüvə danışıqlarındakı iştirakını tənqid edib və deyib ki, "İran indi qlobal fövqal-dövlətdir". bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar