İran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırıb

15.05.2019, 12:27

GünAz TV: İranın yerli media orqanlarının bu ölkənin Atom Enerjisi üzrə Təşkilatının adının açıqlanmasını istəməyən rəsmisinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırıb.

 

Rəsmi bildirib ki, İran  zənginləşdirilmiş uranın həcminə əməl olunması və Ərak reaktorunda məhdud miqdarda ağır su istehsalı ilə üzərinə götürdüyü öhdəliyi 60 gün müddətində dayandırıb. O,bunun Ali Milli Təhlükəsizlik Şurasının verdiyi qərara əsasən həyata keçirildiyini əlavə edib.

 

Rəsmi həmçinin yaxın günlərdə atılan yeni addımların ictimaiyyətə nümayiş etdirilməsi üçün kütləvi informasiya vasitələrinin Ərak və Nətənz təsisatlarına dəvət olunacağını deyib.

 

Xatırladaq ki, mayın 8-da Ali Milli Təhlükəsizlik Şurası Avropaya 60 günlük möhlət verərək, Aİ-yə üzv ölkələrin bank və neft sektorlarında “üzərilərinə götürdükləri öhdəliklərə əməl etmədikləri təqdirdə”, İran bəzi nüvə fəaliyyətlərinə yenidən başlayacağını bəyan etmişdi.

 

Həsən Ruhani tərəfindən nüvə razılaşması tərəfləri olan Avropa ölkələrinin Tehrandakı səfirlərinə təqdim edilmiş məktubda İranın artıq razılaşmanın öhdəliklərinə əməl etməyəcəyi qeyd edilirdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22