“İran o acılı günlərdə yanımızda olmadı”-Tanınmış alim

2021-05-04 13:46

​​​​​​​Xəbər verildiyi kimi İranın Azərbaycandakı Səfirliyinin rəsmi nümayəndə heyəti şəhid general, Milli qəhrəman Polad Həşimovun ailəsini ziyarət edib. 

Gunaz.tv Quote | Gunaz article

Ziyarət zamanı mərhumun ailəsinə “Qasım Süleymani ordeni”nin təqdim olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət hesab edir ki, 44 günlük Vətən savaşında ermənilərə silah ötürmüş, iqtisadi və mənəvi dəstək vermis İranın Polad Həşimovun ailəsinə orden verməsi səmimi deyil.


Azərbaycan Vətəndaş Hərəkatı Məclisinin üzvü, fəlsəfə doktoru Mübariz Ağalarlı bildirib ki, xalqımızın erməni işğalçılarına qarşı apardığı haqlı mübarizədə İranın bizə münasibətdə sərgilədiyi bu qeyri-həssas mövqe Azərbaycan cəmiyyətində təəssüf hissi doğurub: “II Qarabağ müharibəsində ermənilər dəfələrlə Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərini və mülki əhalinin yaşadığı digər məntəqələri raket atəşinə məruz qoyub, nəticədə yüzlərlə dinc vətəndaşlarımız: qoca, uşaq və qadın şəhid olub. 

Müəllim müstəsnalığı - Mübariz Ağalarlı yazır

Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu vandalizminə və qeyri-insani hərəkətlərinə etiraz olaraq, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edib, bu vəhşiliyi pisləyən bəyanatlar verib. Lakin İranın Azərbaycandakı səfiri bu acılı anlarda bizim yanımızda yer almadı. 

 

Təəssüf ki, bundan az sonra Azərbaycanda akkreditasiya olunmuş diplomatik heyət ermənilərin viran qoyduğu Ağdam məscidini ziyarətə gedəndə də İran səfirliyi yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri onların arasında olmadı”.

 

M.Ağalarlı deyib ki, bu üzdən İran tərəfinin səmimiyyəti şübhə doğurur: “Şəhid general Polad Həşimovun sözügedən ordenlə təltif olunmasının səmimiliyinə şübhə illə yanaşır, hazırkı şəraitdə bunu arzuolunmaz hesab edirəm. Gələcəkdə bu kimi məsələlərdə daha həssas davranışlar sərgilənməlidir”.

 

Qeyd edək ki, şəhid general Polad Həşimovun anası Səmayə xanım ailənin “Qasım Süleymani mükafatı”ndan imtina etdiyini bildirib.

 

"İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm"-deyə, Səmayə ana bildirib.

Ayxan 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15

gun az article

İranda koronavirusdan daha 200 nəfər dünyasını dəyişib, 7 723 nəfər xəstəliyə yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-15

gun az article

Baş Konsulluqdan ABŞ-dakı azərbaycanlılara XƏBƏRDARLIQ

2021-05-15

gun az article

Gənc əsgərlər and içdilər - FOTOLAR

2021-05-15

gun az article

Azərbaycan Hərbi Hava Qüvvələrində təlim-məşq uçuşları BAŞLADI

2021-05-15

gun az article

İran parlamentinin keçmiş sədri Əli Laricani prezidentliyə namizədliyini irəli sürüb

2021-05-15