SON XƏBƏRLƏR

İran ordusunda milli fəaliyyətlərinə görə həbs edilən iki Azərbaycanlı hərbiçi azadlığa buraxıldı

2021.10.20, 07:36
İran ordusunda milli fəaliyyətlərinə görə həbs edilən iki Azərbaycanlı hərbiçi azadlığa buraxıldı

Gunaz.tv
İran ordusunda milli fəaliyyətlərinə görə həbs edilən iki Azərbaycanlı hərbiçi azadlığa buraxıldı DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son aylarda İran ordusunda əslən Azərbaycanlı olan yüksək rütbəli hərbiçilər arasında mili haqlarını müdafiə edənlərin sayı artmaqdadır. İran Təhlükəsizlik Qüvvələri ordu daxilində əslən Azərbaycanlı olan hərbiçiləri tam nəzarətə götürərək onların telefonları və əlaqə saxladıqları şəxsləri nəzarətə götürmək qərarına gəlmişlər. Bir müddət öncə Güney Azərbaycanın Miyana şəhərindəki hərbi obyektlərin birində 3 nəfər hərbiçi milli hərəkatçı fəallarla əlaqələrinə görə və türkçülüyü təbliğ etdiyinə görə İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir. Onların adlarını qeyd etmək onların daha da təhlükəyə düşməsinə səbəb olduğuna görə adları qeyd olunmur. Həbs olunan milli hərəkatçı hərbiçilər neçə müddət təzyiq və işgəncələrə məruz qaldıqdan sonra ağır girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar. Onların ikisinin azadlığa buraxıldığı təsdiqlənsədə birinin hələ də harada olduğu heç kimə bəlli deyil. Xatırladaq ki, faşist molla hakimiyyəti ordu daxilində türk millətçiliyini Azərbaycanlı zabitlər arasında geniş yayıldığından qorxuya düşərək ciddi tədbirlərə əl atılır. Belə ki, orduda, polisdə və başqa orqanlarda əslən Azərbaycanlı olan hərbiçiləri Azərbaycan ərazisində İranın başqa bölgələrinə göndərməyə başlayıbdır. Son zamanlarda Təbrizdə, Urmiyədə, Marağada, Ərdəbildə, Miyana və Zəncanda Azərbaycanlı hərbiçilərə ciddi nəzarət qoyularaq onların əksəriyyəti Azərbaycan ərazilərindən başqa bölgələrə göndərilir və ya vaxtından tez həmin hərbiçiləri işdən azad edirlər. Bu xəbər hərbiçilərə yaxın mənbələrdən Güney Azərbaycan Milli Hərəkatına verilibdir. Həmin xəbəri bir müddət öncə İran mətbuatının bəzi mənbələrində də göstərilmişdir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar