SON XƏBƏRLƏR

İran ordusunun planlaşdırılmamış hərbi təlimləri başlayıb: Türkiyə sərhədi yaxınlığında

2021.10.20, 07:36
İran ordusunun planlaşdırılmamış hərbi təlimləri başlayıb: Türkiyə sərhədi yaxınlığında

Gunaz.tv

GünAz TV: Türkiyənin Suriyanin şimal şərqində əməliyyatlara başlama ehtimalı ilə bağlı yayılan xəbərlərdən sonra İran ordusu bu gün ölkənin şimal qərbində planlaşdırılmamış hərbi təlimlərə start verib.

 

Yayılan xəbərlərdə İran ordusunun komandanı Əbdülrəhim Musəvinin də iştirakı ilə baş tutan gözlənilməz manevrlərin hansı məqsədlə həyata keçirildiyi açıqlanmır.

 

Bu gün səhər saatlarında Urmiyada start götürən hərbi təlimlərə İran ordusunun sürətli reaksiya və ağır artileriya bölmələri, eləcə də helikopterləri də qoşulub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar