İran ordusunun yüksək rütbəli komandanı ordunun etirazçılara qarşı repressiyalarda rol oynadığını etiraf edib

2021-03-13 14:24

İran ordusunun quru qüvvələrinin komandanı general Kiyumərs Heydəri martın 12-də “dini lider” Əli Xamnyinin rəsmi saytına müsahibəsində ordunun 2019-cu ilin noyabr ayında ölkənin əksər şəhərlərində rejimə qarşı baş verən etirazların zorakılıqla yatırılmasında rol oynadığını etiraf edib.

Gunaz.tv Quote | Gunaz article

Ordunun 2019-cu ilin noyabr ayında benzinin qiymətinin 3 dəfə bahalaşdırılmasına qarşı İranın 137 şəhərində baş verən dinc etirazların zorakılıqla yatırılmasında və etirazçılara qarşı repressiyaların tətbiq edilməsində iştirakını “iftixar” hissi ilə qarşıladığını deyən Kiyumər Heydəri deyib ki, ordunun məsələyə müdaxiləsi ölkə rəhbəri Əli Xamneyi ilə razılaşdırılıb: 


“Biz həmin vaxt ölkənin təhlükəsizlik qurumlarına yardım etmyə hazır olduğumuzu bildirdik. Belə ki, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi olan Məhəmməd Baqiriyə dedik ki, ordunun quru qüvvələrinin hələlik hər hansı başqa bir vəzifəsi yoxdur. Bildirdik ki, bizim “Vəliyyi-fəqih”ə sadiq olan və hərbi təlimlər keçmiş qüvvələrimiz var və biz öz qüvvələrimizlə etirazları yatırtmaq üçün onlara və təhlükəsizlik qüvvələrinə yardım etməyə hazırıq.


Bizim bu barədəki müraciətimiz ölkənin dini liderinin hüzuruna da çatdırıldı, o isə bununla bağlı bir sıra özəl göstərişlər verdi. 


Bu gün biz, Fars körfəzindəki ərəb ölkələrində olduğu kimi hansısa bir əmirin və ya hökmdarların, yaxud hansısa bir kralın yolu ilə getmir, onun əmrini yerinə yetirmirik.  Bu gün biz Allahın, İmam Zamanın və  “Vəliyyi-fəqih”in (“dini lider” nəzərdə tutulur- red) əsgəriyik. Bu isə bizi keçmişdən (keçmiş şahın ordusundan- red) fərqləndirən ilk və əsas özəllikdir”, -deyə İran ordusunun quru qüvvələrinin komandanı general Kiyumərs Heydəri bildirib.


Qeyd edək ki, bundan əvvəl İranda baş verən son kütləvi dinc etirazların zorakılıqla yatırılmasında, etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalarda əsasən, “Sepah”, “Bəsic”, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin rol oynaması barədə məlumatlar yayılsa da, ordunun bununla bağlı adı hallandırılmamış, onun bu işə qarışası gizli saxlanılmışdı. 

جلسه خامنه ای با فرماندهان ارتش
 

Xatırladaq ki, 2019-cu il noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə bahalaşdırmasına qarşı kütləvi etirazlar keçirilib və bir neçə həftə davam edib. 


Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açması nəticəsində ən azı 1500 insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22

gun az article

Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

2021-07-23