SON XƏBƏRLƏR

İran parlamenti iqtisadiyyat nazirini istefaya göndərib

2021.10.20, 07:36
İran parlamenti iqtisadiyyat nazirini istefaya göndərib

Gunaz.tv

GünAzTV: Avqustun 26-da İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyana qarşı impiçment elan edib.

 

Parlamentdə impiçment üzrə keçirilən səsvermədə 260 deputat iştirak edib. Deputatlardan 121-i Məsud Kərbasianin nazir postunda qalmasının lehinə, 137-si isə əleyhinə səs verib, 2 deputat bitərəf qalıb. Bununla da Məsud Kərbasiyan tutduğu vəzifədən kənarlaşdırılıb.

 

İmpiçment prosesinə prezident Həsən Ruhani iştirak etməyib. İclasa İranın birinci vitse-prezidenti İshaq Cahangiri və Ruhani hökumətinin bir sıra nümayəndələri qatılıb.

 

Nazirin tutduğu vəzifədə qalmasına qarşı çıxan deputatlar, onu səriştəsizlikdə, ölkə iqtisadiyyatında yaranmış problemlərin həllinin öhdəsindən gəlməməkdə, tutduğu vəzifəsindən sui-istifadə etməkdə, ölkə iqtisadiyyatında şəffaflığı təmin etməməkdə və bir sıra kobud səhvlərə yol verməkdə günahlandırıb.

 

Müxalif və müvafiq deputatların çıxışından sonra tribuna arxasına keçən Məsud Kərbasiyan isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək deyib ki, o, son yüz ildə ölkədə bir-birinin üstünə yığılıb qalaqlanmış iqtisadi problemləri bir il içində təkbaşına həll etməyə qadir deyil.

 

 

Qeyd edək ki, artıq tamamilə çökmək ərəfəsində olan İran iqtisadiyyatı, Amerikanın Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra daha da zəifləyib. İranın milli valyutasının “rial” dollar qarşısında gündən-günə dəyərini itirməsi, ölkədə baş alıb gedən inflyasiya və kəskin bahalıq, ölkənin orta və kasıb təbəqəsinin güzəranının sürətlə çətinləşməsinə və əhalinin kütləvi etirazına gətirib çıxarıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar