SON XƏBƏRLƏR

İran parlamenti ölkənin “Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına razılıq verdi

2021.10.20, 07:36
İran parlamenti ölkənin “Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına razılıq verdi

Gunaz.tv

GünAzTV: Oktyabrın 7-də İran parlamenti bir neçə ay mübahisələrdən sonra ölkənin “Terrorizmin Maliyyə Baxımdan Təmin Edilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına razılıq verib.

 

Parlamentin qızğın keçən iclasında bir neçə müvafiq və müxalif deputatın məsələ ilə bağlı çıxışından sonra, İranın CFT-yə qoşulmasını nəzərdə tutan layihə səsə qoyulub. 270 deputatın qatıldığı səsvermədə, 143 nəfər layihənin lehinə, 120 nəfər  əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb. Bununla da layihə səs çoxluğu ilə qəbul edilib.

 

İclasa qatılan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, layihənin lehinə çıxış edərək deyib ki, İran bu konvensiyaya qoşulmaqla Amerikanın Tehrana qarşı təzyiqini qismən də olsa, azalda bilər: “Rusiya Mərkəzi Bankının rəisi üç gün əvvəl İran Mərkəzi Bankının rəisi Əbdülnasir Hemmətiyə deyib ki, biz FATF-ə üzv olmasaq, bizimlə əməkdaşlıq edə bilməyəcəklər. Çinlilər də həmin sözü deyiblər. Bu iki ölkə bizim strateji tərəfdaşlarımızdır. Onların bizə qarşı müstəmləkəçilik niyyəti yoxdur. Nə mən, nə də cənab prezident iddia etmirik ki, bu konvensiyaya qoşulmaqla bütün problemlərimiz həll olacaq. Buna təzminat da vermirik. Lakin tam əminliklə deyə bilərik ki, əgər biz bu konvensiyaya qoşulmasaq, çətinliklərimizi artırmaq üçün Amerikanın əlinə yeni bir bəhanə düşəcək”.

 

İranın dini lideri Əli Xamneyi bir neçə ay əvvəl öz çıxışlarhının birində İranın bu konvensiyaya qoşulmasına qarşı çıxsa da, xarici təzyiqlərin artmasından sonra əvvəlki mövqeyini dəyişmək məcburiyyətində qalıb.

 

 

Xatırladaq ki, dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), iyunun 29-da bəyanat yayaraq, İrana maliyyə qanunlarında islahatlar aparması və “CFT”-yə qoşulması üçün oktyabrın ortalarına qədər vaxt vermişdi.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar