SON XƏBƏRLƏR

İran Parlamenti Qasım Süleymaninin intiqamı üçün layihə irəli sürüb

2021.10.20, 07:36
İran Parlamenti Qasım Süleymaninin intiqamı üçün layihə irəli sürüb

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Vilayət Fraksiyasının rəhbəri Həmidrza Hacıbabayi Qasım Süleymaninin intiqamını almaq üçün layihə hazırlandığını barədə məlumat yayıb.

 

O, həmin layihənin təcili baxılması üçün Parlamentin idarə heyətinə təqdim edildiyini bildirib. Deputat intiqamın “sərt” olacağını və “müqavimət cəbhəsi”nin əvvəlkindən də güclü formada fəaliyyətinə davam edəcəyini iddia edib.

 

“Milli Məclis Qasım Süleymaninin intiqamının alınması üçün qanuni yolları hazırlamalı və inqilabi hərakatın davamı istiqamətində şərait formalaşdırmalıdır”, - deyə Həmidrza Hacıbabayi əlavə edib.

 

O, Milli Məclisin masasının üzərinə qoyulan “sərt intiqam” layihəsinin hazırlanmasını “xalqın istəyi” ilə əlaqələndirib və deputatları onu imzalamağa çağırıb.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti cari həftə ərzində müzakirəyə çıxarılacaq sözügedən layihənin qəbul edildiyi təqdirdə, artıq bəzi daxili qanunların islah edilməsi fonunda hərbçilərinin Amerikaya qarşı hərbi addımlar atmasına qanuni zəmin yaranacağını bəyan edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar