SON XƏBƏRLƏR

İran Parlamenti “Qüds Briqadası”na 200 milyon avro dəyərində əlavə büdcə ayırıb

2021.10.20, 07:36
İran Parlamenti “Qüds Briqadası”na 200 milyon avro dəyərində əlavə büdcə ayırıb

Gunaz.tv

GünAz TV: İranın “dini lideri” Əli Xamneyinin göstərişi ilə Milli Məclis “Sepah”ın “Qüds Briqadası”na 2 ay ərzində 200 milyon avro ayrılması ilə bağlı qərar qəbul edib.

 

Bu barədə ötən gün məlumat verən spiker Əli Laricani qeyd edib ki, sözügedən hərbi qruplaşmaya dəstək göstərmək üçün Milli İnkişaf Fondundan 200 milyon avro ayrılacaq.

 

“Cari ilin (İran təqvimi ilə 1398-ci il) sonuna 2 ay qalmış bu qərarın qəbul edilməsi regionda müqavimət cərayanı istiqamətində fəaliyyət göstərən İnqilab Keşikçiləri Korpusunun Qüds Briqadasına dəstək xarakteri daşıyır. Pulun ayrılmasına icazə dini lider tərəfindən verilib”,- deyə spiker əlavə edib.

 

Xatırladaq ki, 2011-ci ildə təsis edilmiş fond əsasən neft, neft məhsulları və qaz satışından əldə edilən gəlirlərin bir qisminin saxlanması və ya investisiya kimi yatırılması, eləcə də gələcək nəsillər üçün qorunub saxlanması iddiası ilə təşkil edilib. Ötən il İranın əksər bölgələrində baş vermiş sel fəsadlarının aradan qaldırılması və insanlara yardım edilməsi üçün Əli Xamneyi fonddan pul ayrılmasına razılıq verməmişdi.

 

Digər tərəfdən, son 1 il ərzində İranın demək olar ki, bütün bölgələrində əmək haqlarının aylarla verilməməsi, bahalıq və ağır iqtisadi şəraitə görə yüzlərlə etiraz aksiyası keçirilib. Hökumət isə nəinki insanların tələblərin yerinə yetirməyib, əksinə sanksiyaları bəhanə gətirərək, əməkhaqlarının ödənməsindən boyun qaçırıb. Eləcə də, etiraz aksiyalarında iştirak edən İsmayıl Bəxşi və Sepidə Qəliyan kimi işçi fəallara qarşı uzun müddətli həbs cəzaları çıxarıb, istintaq dövründə isə onlara fiziki və ruhi zorakılıq tətbiq edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar