İran parlamentinin kürd nümayəndələri Güney Azərbaycana qarşı qərəzli serialın davam etdirilməsini istəyir

2021-04-15 14:15

İran parlamentindəki kürd nümayəndələr Qərbi Azərbaycan bölgələrini kürd torpaqları kimi qələmə verən “Nun X” serialının davam etdirilməsini istəyib. 

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycan türklərinin etirazlarına əhəmiyyət verməyən kürd millət vəkilləri İran Radio və Televiziyası rəhbərindən serialın yeni bölümlərinin sifariş olunmasını xahiş ediblər.

13 millət vəkilinin imzaladığı məktubda İran Radio və Televiziya Verilişləri Təşkilatının rəhbəri Əli Əsgərinin fəaliyyətləri təqdir olunub və adı çəkilən serialın “milli birliyə” töhfə verdiyi qeyd edilib.

 

Kürd millət vəkilləri serialda kürdlərin milli mədəniyyətini əks etdirən milli geyimləri, rəqsləri, musiqi, danışıq dilini və başqa elementləri yüksək qiymətləndirib və buna görə Əli Əsgəriyə təşəkkür ediblər.

Qeyd edək ki, “Nun X”  komediya serialı kimi qələmə verilsə də, siyasi məzmun daşıyır. Serialda məqsədli şəkildə Güney Azərbaycan, özəlliklə Qərbi Azərbaycan əyalətii, Urmu kürd bölgəsi  kimi qələmə verilir, vilayətin türk adları və kimliyi  təhrif edilir.

 

Bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan kürdcə “Nun X” serialında Qərbi Azərbaycan əyalətinin bir çox bölgələri kürd torpaqları kimi qələmə verilmişdi.

Adı çəkilən serialın son bölümünün final klipində Urmu gölünün kənarında yerləşən “Kazımxan daşı” qalasının qarşısında, kürd dilində mahnı səslənir və kürd rəqsi ifa edilir.

 

“Kazımxan daşı” qalası Qərbi Azərbaycanda ötən əsrin əvvəllərində, birinci dünya müharibəsi zamanı Kazımxan Quşçunun başçılığı altında Azərbaycan türklərinin İsmayıl Simitqonun rəhbərlik etdiyi kürd terrorçularına qarşı milli müqavimətinin mərkəzi kimi tanınıb.

 

Rejissor Səid Aqaxaninin çəkdiyi, Məsud Şəmsnejadın prodüsserliyi ilə hazırlanan klipdə Şimali Xorasandan olan kürd müğənni Möhsün Mirzəzadə Urmuda fəaliyyət göstərən “Dilan” rəqs qrupunun müşayiəti ilə kürd mahnısı ifa edir.

 

“Dilan” rəqs qrupunun təsisçisi Məsud Şəmsnejad Qərbi Azərbaycanda silahlı kürd təşkilatı PEJAK-ın və İsmayıl Simitqonun nəvəsi Arman Simitqonun yaxın adamı kimi tanınır.

O, bundan öncə bir neçə dəfə məhkum edilsə də, şübhəli şəkildə azadlığa buraxılıb və “mədəni fəaliyyət” adı altında işlərini davam etdirib.


     
Xatırladaq ki, bir müddət öncə İran Televiziyasının 1-ci kanalında yayınlanan serialın final bölümündə Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və digər türk yurdları "Kürdüstan torpağı" kimi qələmə verilmiş, görüntülər kürd musiqisi və mahnısı ilə müşayiət olunmuşdu.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14