SON XƏBƏRLƏR

İran parlamentinin 100 deputatı Ruhaniyə məktub yazıb: “Koronavirusla Mübarizə Qərargahının iclasları gündəlik keçirilsin”

2021.10.20, 07:36
İran parlamentinin 100 deputatı Ruhaniyə məktub yazıb: “Koronavirusla Mübarizə Qərargahının iclasları gündəlik keçirilsin”

Gunaz.tv

GünazTV: İran parlamentinin 100 deputatı martın 13-də prezident Həsən Ruhaniyə birgə məktub yazaraq, yenicə yaranmış Koronavirusla Mübarizə Qərargahının iclaslarının gündəlik keçirilməsini və Ruhaninin özünün həmin lclaslara başçılıq etməsini tələb ediblər.

 

Məktubda deyilir ki, Koronavirusla Mübarizə Qərargahının iclaslarının gündəlik keçirilməsi xalqın tələbidir: “Cənab prezident! Ölkədə koronavirusun yayılmasını və bu xəstəliyin qarşısının alınması üçün bütün qurumların təcili olaraq bir-biri ilə koordinasiya edilməsinin zəruriliyini nəzərə alaraq, hesab edirik ki, Koronavirusla Mübarizə Qərargahının iclaslarının sizin başçılığınızla gündəlik keçirilməsi bir zərurətdir. Bu zərurət, təkcə bir ekspert qrupunun fikri yox, həm də bu günlər öz deputatları ilə əlaqədə olan xalqın tələbi və gözləntisidir” -deyə, iranlı deputatların prezident Həsən Ruhaniyə yazdığı birgə məktubunda bildirilir.

 

Xatırladaq ki, son günlər yaradılan Koronavirusla Mübarizə Qərargahının idarəçiliyi “dini lider” Əli Xamneyinin göstərişi ilə Səhiyyə nazirindən alınaraq, prezident Həsən Ruhaniyə verilib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 13-də bəyanat yayaraq, ölkədə koronavirusa yoluxanların sayının 11 min 364 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 514 nəfərə yüksəldiyini bildirib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar