SON XƏBƏRLƏR

İran Parlamentinin 4 deputatı koronavirusa yoluxub

2021.10.20, 07:36
İran Parlamentinin 4 deputatı koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Məhəmmədəli Vəkili 4 deputatın koronavirus analizinin müsbət çıxdığını elan edib.

 

O, bu barədə məlumatı bu gün öz “Twitter” səhifəsin də yazsa da, həmin deputatların adlarını açıqlamayıb.

 

Xatırladaq ki, ötən gün deputat Əbülfəz Həsənbeygi bir neçə millət vəkilinin koronavirusa yoluxduğunu, onların içərisidən Qumdan olan deputat Əhməd Əmirabadi Fərəhaninin vəziyyətinin çox ağır olduğunu demişdi.

 

O, həmçinin qeyd etmişdi ki, bir neçə millət vəkilinin də halı pis olduğundan, onlardan nümunələr götürülüb və analizlərin cavabı bir neçə günə açıqlanacaq.

 

Görünür, həmin deputatların analizlərinin nəticəsi açıqlandığına görə, bu gün Məhəmmədəli Vəkili bu cür məlumat yayıb.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində bir neçə iranlı rəsminin koronavirusa yoluxduğu ilə bağlı xəbərlər yayılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar