SON XƏBƏRLƏR

İRAN PARLAMENTİNİN DAHA İKİ DEPUTATINI MƏHKƏMƏ SORĞU-SUALINA ÇƏKDİLƏR

2021.10.20, 07:36
İRAN PARLAMENTİNİN DAHA İKİ DEPUTATINI MƏHKƏMƏ SORĞU-SUALINA ÇƏKDİLƏR

Gunaz.tv
İRAN PARLAMENTİNİN DAHA İKİ DEPUTATINI MƏHKƏMƏ SORĞU-SUALINA ÇƏKDİLƏR İslami Şura Məclisinin (parlament) iki deputatı İran Məhkəmə Sistemini tədqiq və araşdırma komissiyasının keçmiş rəhbəri Abbas Palizdarın işinə görə məhkəməyə çağırılıb. Bir ay əvvəl Həmədan və Şiraz universitetlərindəki çıxışında İranın 50-dən çox yüksək rütbəli rəsmisini iqtisadi möhtəkirlikdə, hökumət əmlakını mənimsəməkdə, bəzi məmurları isə əxlaqsızlıqda günahlandıran Abbas Palizdar iyunun 12-də həbs edilib. «Media forum» saytının məlumatına görə, hökumət işçilərinə məxsus məhkəmə Tehran inqilab prokurorunun əmri ilə İslami Şura Məclisi rəyasət heyətinə ünvanladığı məktubda deputatlar Həsən Kamran və Məhəmməd Dehqanın məhkəməyə gələrək izahat verməli olduğunu bildirib. Bundan əvvəl İran parlamentinin digər deputatı, A.Palizdarın yaxın qohumu Fatimə Acorlu da məhkəməyə çağırılaraq 11 saat dindirilib və onun mənzilində yoxlama aparılıb. Bu fakt İran parlamentinin bir sıra deputatlarının etirazına səbəb olub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar