SON XƏBƏRLƏR

İran parlamentinin deputatı Əmir Xocəstə koronavirusa yoluxub

2021.10.20, 07:36
İran parlamentinin deputatı Əmir Xocəstə koronavirusa yoluxub

Gunaz.tv

GünazTV: İran parlamentinin Həmədan və Famenin şəhərlərindən seçilmiş deputatı Əmir Xocəstə koronavirusa yoluxub.

 

Bu barədə, “Sepah” terror təşkilatına bağlı “Fars” agentliyi martın 31-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Əmir Xocəstə “Covid-19” virusuna yoluxduğu üçün hazırda Tehran xəstəxanalarından birində müalicə alır. Onun sağlamlıq durumunun qənaətbəxş olduğu bildirilir.

 

İranlı deputatın koronavirusa necə və nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, hazırda gündəlik iclaslarını təxirə salan İran parlamentinin onlarla deputatının koronavirusa yoluxduğu bildirilir.

 

 Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 31-də ölkədə bu günə qədər koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

 

O, dünənə qədər ölkədə infeksiyadan ölənlərin sayının 2898-ə, epidemiyaya yoluxanların sayının isə 44 min 606 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar