SON XƏBƏRLƏR

İran parlamentinin keçmiş deputatı Həmid Kəhram koronavirusdan ölüb

2021.10.20, 07:36
İran parlamentinin keçmiş deputatı Həmid Kəhram koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İran parlamentinin keçmiş deputatı və sonuncu prezident seçkiləri zamanı Həsən Ruhaninin Xuzistan əyalətindəki seçki qərargahının rəisi Həmid Kəhram koronavirusdan ölüb.

 

İranın “İsna” agentliyinin yaydığı xəbərə əsasən, ötən günlər “Covid-19” virusuna yoluxduğu üçün həkim nəzarətində saxlanılan Həmid Kəhram, martın 19-da müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində keçinib.

 

Keçmiş deputatın virusa konkret nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

İran Səhiyyə Nazirliyinin martın 20-də yaydığı yeni statistikasına əsasən, ölkədə koronavirusa yoluxanların sayı 19644 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1433 nəfərə yüksəlib.

 

 

 İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar