SON XƏBƏRLƏR

İRAN PARLAMENTİNİN KEÇMİŞ SƏDRİ DİNİ RƏHBƏRİN BAŞ MÜŞAVİRİ OLDU

2021.10.20, 07:36
İRAN PARLAMENTİNİN KEÇMİŞ SƏDRİ DİNİ RƏHBƏRİN BAŞ MÜŞAVİRİ OLDU

Gunaz.tv
2008-06-30 - 18:55:00 Qulaməli Həddad Adil İran parlamentinin (İslami Şura Məclisinin) keçmiş sədri Qulaməli Həddad Adil ölkənin dini rəhbəri ayətullah Əli Xamneyinin baş müşaviri vəzifəsinə təyin edilib. «Media forum» saytı xəbər verir ki, bu təyinatla bağlı sərəncamı dini rəhbər iyunun 28-də imzalayıb. Həddad Adillə ayətullah Əli Xamneyi qudadırlar. Həddad Adil İslami Şura Məclisinin sədri postunu İran parlamentinə bu ilin yazında keçirilən seçkilərdən sonra tərk etməli olub. Parlamentin yeni tərkibinin bu il mayın 27-də keçirdiyi səsvermə zamanı Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Əli Laricani spiker seçilib. İslami Şura Məclisinin yeni tərkibi bu ilin mart və aprel aylarında, iki turda keçirilən seçki nəticəsində formalaşıb. Yerlərin əksərini mühafizəkarlar tutub. Laricani keçmiş prezident, hazırda Üləmalar Məclisinə rəhbərlik edən Haşimi Rəfsəncaninin yaxın adamı kimi tanınır. Rəfsəncaninin prezidentliyi dövründə Laricani İranın mədəniyyət naziri olub, sonrakı illərdə isə daha böyük vəzifələr tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar