İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13 17:12

İran Milli Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədri Müctəba Zonnur Ermənistanın Tehranda akkreditə olunmuş səfiri Artaşes Tumanyanı qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

İran mətbuatı görüşdən fotolar yayımlasa da, aparılmış müzakirələrin detalları barədə ətraflı məlumat verməyib. 


Erməni mediasında yayılan xəbərlərə görə, görüş zamanı Zonnur ilə Tumanya tərəfləri maraqlandıran məsələlər, ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti və daha da genişləndirilməsi, parlamentlərarası əlaqələrin, habelə spikerlərin, müxtəlif komissiyalar və dostluq qruplarının əmədakşlıqlarının möhləmləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. 


Səfirin Zonnura iyun ayında Azərbaycanla Ermənistan qoşunları arasında Tovuz rayonu istiqamətində yerləşən sərhəd xəttində baş vermiş döyüşlər barədə də ətraflı məlumatı verdiyi deyilir.


Bu, keçən iki həftə ərzində İranın yüksək vəzifəli dövlət rəsmilərinin erməni rəsmiləri ilə sayca 3-cü görüşüdür. Görüşlərin Ermənistanın Tovuz rayonunda təxribat törətməsi və işğalçılıq siyasətini davam etdirməsi fonunda rəsmi Ankaranın Bakıya hərtərəfli dəstək nümayiş etdirməsi, eləcə də Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsi ilə eyni vaxta təsadüf etməsi xüsusilə diqqət çəkir. 

 

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb


Keçən həftələr ərzində İranın İrəvandakı səfiri Abbas Bədənxaş Zühuri də Ermənistanın Müdafiə, eləcə də Sənaye və Yüksək Texnologiyalar nazirləri ilə görüşlər keçirib. Ermənistanın Müdafiə naziri David Tonayan görüşdə İran səfirliyinin hərbi atteşesi, polkovnik Mehdi Heyət Vicdani də iştirak etmiş, tərəflər Azərbaycanın modern pilotsuz uçan aparatlarını müzakirə etmişdilər.

 

David Tonoyanla İran səfiri Azərbaycan PUA-ların müzakirə ediblər


Tovuz rayonunda baş verən döyüşlər zamanı da İran hökuməti Ermənistanın təcavüzkar siyasətinə qarşı hər zaman olduğu kimi, bu dəfə də yalnız neytral mövqe bildirməklə kifayətlənmiş, bu ölkənin mətbuatında Azərbaycan əleyhinə yazılar sərgilənmişdi. Həmin yazıların bir çoxunda isə tarixi həqiqətləri saxtalaşdırmağa, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın "ermənilərə məxsus olan ərazilər" kimi təqdim edilməsinə cəhdlər edilmişdi. 
 

Ermənistanın Tovuz rayonunda təxribatı və İranın işğalçı İrəvan rejiminə dəstək göstərməsi güney azərbaycanlıların da hiddətinə səbəb olub. Güney Azərbaycanın Təbriz, Urmu və digər şəhərlərində, habelə Tehranda buna etiraz olaraq keçirilən aksiyalarda onlarla fəal həbs edilib. 


İran İslam rejimi özünü "dünyada şiələrin hamisi" adlandırsa da, Rusiya ilə birlikdə daim işğalçı Ermənistanı dəstəkləyir. Ermənistanı elektrik enerjisi və qazla təmin edən əsas ölkə də İrandır. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23

gun az article

İranda daha 335 nəfər koronavirusdan vəfat edib, 6134 nəfər “Covid-19”a yoluxub

2020-10-23