SON XƏBƏRLƏR

İRAN PARLAMENTİNİN SƏDRİ KÖKƏ-KÖTƏK SİYASƏTİNİN KÖHNƏLDİYİ FİKRİNDƏDİR

2021.10.20, 07:36
İRAN PARLAMENTİNİN SƏDRİ KÖKƏ-KÖTƏK SİYASƏTİNİN KÖHNƏLDİYİ FİKRİNDƏDİR

Gunaz.tv
İRAN PARLAMENTİNİN SƏDRİ KÖKƏ-KÖTƏK SİYASƏTİNİN KÖHNƏLDİYİ FİKRİNDƏDİR th024224401.jpg Əli Laricani «Siz bölgədəki vəziyyəti dəyişmək üçün yeni üsullardan istifadə etməlisiniz. Bunun üçün də regionun durumu barədə real təsəvvürünüz olmalıdır. Yaxşı olar ki, səhv təsəvvürlərinizi dəyişdirəsiniz. Sizin həmişə kökə-kötək siyasətindən faydalanmağınız düzgün deyil. Bu üsul artıq köhnəlib və nəticə vermir». Bu sözləri İran parlamentinin sədri Əli Laricani amerikalılara xitabən deyib. «Media forum» saytının məlumatına görə, iyulun 2-də İranın ingilisdilli «Press TV» şəbəkəsinin yaradılmasının ildönümü münasibətilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində təşkil edilən mərasimdə çıxış edən Ə.Laricani daha sonra bildirib ki, İran bölgədə sabitliyin pozulmasını istəmir, eyni zamanda məzlum rolunda da olmaq fikrində deyil: «Siz vaxtaşırı «Min bir gecə» oyunundan faydalanır, bəzən də kökə və kötək siyasətinə üz tutursunuz. Bununla da həmişə səhvə yol verirsiniz. Hazırkı siyasətinizi davam etdirsəninz, həm özünüzə, həm də bölgəyə əzab-əziyyət vermiş olacaqsınız». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar