İran Parlamentinin Tədqiqat Mərkəzi işsizliyin artması və mümkün etiraz aksiyaları ilə bağlı dövlətə xəbərdarlıq edib

07.04.2020, 18:06

GünAz TV: İran Milli Məclisinin Tədqiqat Mərkəzi yeni yaydığı hesabatda cari ilin isfənd (20 fevral- 20 mart) ayı ərzində ixracatın ötən ilin oxşar dövrü ilə müqayisədə 30% azaldığı barədə məlumat yayıb.

 

Hesabatda qeyd edilir ki, koronavirusun ölkədə yayılmasından sonra mart ayının ilk həftəsi ərzində ötən həftəyə nisbətən bank əməliyyatlarında da ciddi geriləmə müşahidə edilib. Bu isə xidmət sektoruna ciddi iqtisadi zərərlər verib.

 

Tədqiqat Mərkəzi bildirir ki, dövlət iqtisadiyyatda vəziyyəti stabilləşdirmək istiqamətində "ağıllı sosial izolyasiya" layihəsinin icrasını və müxtəlif qərarları dəyişməyi başlatsa da, bunun effektiv olması xüsusunda şübhələr var.

 

Xatırladaq ki, bir müddət əvvəl İranın Koronavirusla Mübarizə üçün Milli Qərargahı pandemiyanın ölkədə daha da yayılmasının qarşısınının alınması üçün sosial izolyasiya tədbirləri qəbul etmişdi. Lakin Qərargahın digər qərarı ilə ölkədə aprelin 11-dən etibarən əvvəlki sərt qaydaların əksinə olaraq, nisbətən yumşaq qaydaları ehtiva edən "ağıllı sosial izolyasiya" layihəsinin tətbiqinə başlanılacaq.

 

Səhiyyə Naziri Səid Nəməki bu planın ölkə iqtisadiyyatının çökməsinin qarşısının alınması istiqamətində qəbul edildiyini deyib.

 

Milli Məclisin Tədqiqat Mərkəzi hesabatında koronavirusun doğurduğu və doğuracağı kəskin işsizlik həddi barədə xəbərdarlıq edərək bildirir ki, dövlət doğru qərar qəbul etməklə, mümkün xalq etirazlarının meydana gəlməməsi istiqamətində təlaş göstərməlidir.

 

Hesabatda bildirilir ki, xalq etirazları baş versə, bütövlükdə hakimiyyət səmərəsizlikdə günahlandırılacaq. Bununla belə, Tədqiqat Mərkəzi dövlətə mümkün etirazların qarşısını almaq üçün hansı tədbirlər görməli olduğu barədə detallı məlumat verməyib.

 

Mərkəz son olaraq hesabatda dövlətin tədbirlərini səmərəsiz adlandıraraq qeyd edib ki, koronavirusla mövcud mübarizə formasının davam etdiyi təqdirdə, ölkədə 1399-cu ilin sonunadək (21 mart 2021-ci ilə qədər-red.) pandemiya və onun səbəb olacağı fəsadların aradan qaldırılılması mümkün olmayacaq.

 

Bundan öncə İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının rəsmiləri pandemiyanın ölkədə ən azı yayın sonuna qədər davam edəcəyini proqnozlaşdırmışdılar.

 

Digər tərəfdən, bu günə qədər koronavirusun yayılması səbəbindən İranda işini itirən insanların sayı barəsində dəqiq statistika paylaşılmayıb. Lakin aprelin 3-də Qızıl Aypara Cəmiyyətinin sədri Kərim Himməti rəhbərlik etdiyi qurumun sözügedən infeksiyanın yayılmasından sonra işsiz qalan 2 milyon vətəndaşa kömək etmək barədə planı olduğunu bəyan etmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25

gun az article

Həmədanda işsizlik göstəricisi artıb

2022-06-24

gun az article

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022-06-24

gun az article

Qaradağ meşələrində yanğın olub

2022-06-24

gun az article

Zənganda bələdiyyə başçısı həbs edilib

2022-06-24

gun az article

Güney və Azərbaycanın idman klubları qardaşlaşıb

2022-06-24

gun az article

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022-06-24

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi böhran davam edir" və “İranda iqtisadi fəlakətin əsas səbəbi”-VİDEO

2022-06-24

gun az article

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022-06-24

gun az article

Təbriz İranda üçüncü bahalı şəhərdir

2022-06-24

gun az article

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

2022-06-24

gun az article

Səməd Behrənginin doğum günüdür

2022-06-24