SON XƏBƏRLƏR

İran polisi Türkiyəyə azarkeşlik edən soydaşlarımızı həbs etdi

2021.10.20, 07:36
İran polisi Türkiyəyə azarkeşlik edən soydaşlarımızı həbs etdi

Gunaz.tv
İran polisi Türkiyəyə azarkeşlik edən soydaşlarımızı həbs etdi article_1214496877.gif QayNar: Güney Azərbaycanın Qoşaçay bələdiyyəsinin 1000 nəfərə yaxın sakini dünən axşam futbol üzrə Avropa Çempionatının yarımfinalında baş tutan Türkiyə-Almaniya matçını izləmək üçün bələdiyyə meydanında quraşdırılan böyük ekranın qarşısına yığışıblar. "Qaynar.info"-nun Oyrencinews-a istinadən verdiyi xəbərə görə, İran polisi Türkiyə millisinə azarkeşlik edən bir neçə soydaşımızı saxlayaraq həbs edib. Onlar türk dilində şüarlar səsləndirməkdə və Türkiyə millisinə azarkeşlik etməkdə suçlanır. Təhlükəsizlik qüvvələri ilə sakinlər arasında baş verən toqquşma nəticəsində daha 10 nəfərin də saxlanıldığı xəbər verilir. Yaxalanalar barədə dəqiq məlumat yoxdur. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar