İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19 08:40

İran iqtisadiyyatı son üç il boyu əsas etibarilə azalmaqdadır. Bunun əsas səbəbi ABŞ-ın 2018-ci ildə İranla nüvə sazişindən çıxardıqdan sonra tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Gunaz.tv Quote | Gunaz article

Məlumdur ki, keçmiş prezidenti Donald Tramp Tehranı bölgədə qeyri-sabitlik yaratmaqda günahlandırmış, İrana yeni sanksiyalar tətbiq etmişdi.

İyunun 18-də İranda prezident seçkiləri keçirilib. 
Beynəlxalq müşahidəçilərin seçkiləri monitorinq etməsi qadağan olduğu üçün səsvermənin azad və ədalətli keçəcəyi ilə bağli ciddi şübhələr mövcuddur. 

İctimaiyyət arasında narazılıqların isə builki seçkilərdə seçici fəallığının aşağı olmasına səbəb olacağı gözlənilir.

İran iqtisadiyyatı son üç il boyu əsas etibarilə azalmaqdadır. Bunun əsas səbəbi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Tehranı bölgədə qeyri-sabitlik yaratmaqda günahlandıraraq, Birləşmiş Ştatları 2018-ci ildə İranla nüvə sazişindən çıxardıqdan sonra tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Londonda Chatham House araşdırma mərkəzinin təhlilçisi Sanam Vakil hesab edir ki, bu sanksiyalar İran iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərib.

"Lakin hər şeydən əvvəl bahalaşma və valyutanın ucuzlaşmasından əziyyət çəkən bütün adi iranlılara dərindən təsir etdi. Bu fonda, əlbəttə ki, İran COVID-19-la qarşılaşdı, Yaxın Şərqdə ən yüksək ölüm nisbəti buradadır”-deyə, o bildirib.

Bu fonda iranlılar cümə günü prezident Həsən Ruhaninin xələfini seçmək üçün seçki məntəqələrinə üz tutur. 

Çərşənbə günü üç nəfərin yarışlardan çıxmasından sonra indi yalnız dörd namizəd qalır. Onların hamısı İran rejiminin Nəzarət Şurası tərəfindən təsdiq edilib və yoxlanılıb. Namizədlərin üçü sərt xətt tərəfdarı mühafizəkardır, yalnız biri islahatçıdır.

“Rejim özünü 2009-cu ildən bəri seçkilərdə təkrarlayaraq, siyasi sistemin sol qanadını bağlayır, qəbul edilə bilən məkan üçün sərhədləri daha da daraldır və (Ali Lider Əli) Xameneyinin rəhbərliyi ilə sistemi daha ifrat sağa sürükləyir”-bunu isə Demokratiyanı Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu deyib.

Son illərdə İranın seçki landşaftını formalaşdıran bir sıra hadisələr baş verib. General Qasım Süleymaninin 2020-ci ilin yanvar ayında ABŞ tərəfindən hədəf alınaraq öldürülməsi ölkədə böyük qəzəbə səbəb oldu.

Bir neçə gündən sonra İran hərbi qüvvələrinin Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini səhvən vurması hökumət əleyhinə etirazlar aksiyaları ilə nəticələndi.

Sanam Vakil deyir ki, bununla da cəmiyyətdə ümumi əhval-ruhiyyənin zəifləməsinə səbəb olan bir-biri ilə bağlı hadisələr dövrü yaşandı. 
"2019-cu ilin noyabrında neftin bahalaşması ilə əlaqədar etirazlar da amansızlıqla yatırıldı. Yəni adi iranlılar səs verməyə əsasən meylli deyillər"-deyə, o qeyd edir.

Hazırki seçkilərin favoriti İranın ədliyyə sisteminin rəhbəri, 60 yaşlı Ebrahim Raisidir. Təhlilçilər əvvəllər insan haqlarının pozulması hallarında iştirakına görə onun Qərb üçün problemli bir prezident ola biləcəyini bildirir.

Behnam Ben Taleblu bildirir ki, İbrahim Rəisinin cəmiyyətdə imici o qədər də müsbət deyil:  “Təəssüf ki, o, 1980-ci illərin sonlarında Ayətullah Xomeyninin Tehranda beş min siyasi məhbusun ölümünə səbəb olan qətl fərmanını həyata keçirən qondarma ölüm komissiyası ilə əlaqədar alçaldıcı səhvləri ilə tanınır".

İran nüvə zənginləşdiriməsini xeyli artırıb və ölkənin nüvə silahı üçün kifayət qədər bölünən material istehsal etməsinə yalnız bir neçə ay qaldığına inanılır.

Bayden administrasiyası 2015-ci il nüvə razılaşmasına yenidən qoşulmağı nəzərdən keçirir, lakin İranın uran zənginləşdirilməsini dayandırması şərti ilə. İran isə ABŞ-ın əvvəlcə sanksiyaları aradan qaldırmalı olduğunu bildirir.

Vyanada danışıqlar davam edir.
Sanam Vakil bildirir ki, sanksiyaların ləğvi adi insanlar üçün çox dəyəri və təsiri ola biləcək böyük bir nemət olardı: "Lakin düşünürəm ki, bu gün iranlılar İranla nüvə anlaşmasına daha az əhəmiyyət verir və ABŞ-a və ya Avropa ölkələrinə daha az güvənirlər”.

İran prezidentliyinə namizədlərin hamısı nüvə razılaşmasını canlandırmaq üçün danışıqları dəstəkləyir.
Sanam Vakil hesab edir ki, seçkilərin bitməsindən sonra İran tərəfinin Vyanada razılaşmanın bağlanacağına daha çox inana biləcəyi gözlənilir.

Səksən yaşlarında olan Ali dini lider Əli Xameneyinin yaxın illərdə hakimiyyəti xələfinə təhvil verəcəyi gözlənilir. Bu isə İranın növbəti prezidenti qarşısında duran sınaqları daha da çətinləşdirir. (amerikanınsəsi)

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30