İran prezidentliyinə namizədlərin ilk debatı keçirilib

2021-06-07 11:07

İran prezidentliyinə namizədlər iyunun 5-də keçirilən ilk debat zamanı ölkədəki iqtisadi böhranla əlaqədar ittihamlar səsləndiriblər.

Gunaz.tv Quote | Gunaz article

Televiziyada yayınlanan debat 3 saat davam edib. Qeyd edək ki, bu görüş seçkidən öncə keçiriləcək üç debatdan ilki olub. Seçki ölkədə Birləşmiş Ştatların 2015-ci il nüvə sazişindən geri çəkilməsindən sonra tətbiq olunan sanksiyaların səbəb olduğu dərin iqtisadi böhranla bağlı geniş yayılmış narahatlıqlar fonunda keçiriləcək.


İranın Konstitusiyaya Nəzarət Şurası 600 nəfər arasında yeddi namizədi təsdiqləyib ki, onların beşi ultra-mühafizəkar, ikisi isə islahatçıdır. Beş ulta-mühafizəkar namizəd hazırkı prezident Həsən Ruhaninin səkkiz ildir davam edən idarəçiliyini tənqid ediblər və aparıcı mötədil namizəd olan mərkəzi bankın sədri Əbdülnasir Hemmətini iqtisadi böhrana görə məsuliyyəti üzərinə almağa çağırıblar.


“Cənab Hemmati, sizin idarəçiliyiniz fəlakətli idi, siz burada cənab Ruhaninin təmsilçisi olaraq oturusunuz,” İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş başçısı Mohsen Rezayi deyib.


Hemməti Qərblə gərginliyin artmasına görə ultra sərt xətt tərəfdarlarını günahlandırıb və bunun İranın iqtisadi çətinliklərini artırdığını deyib. O həmçinin onların iqtisadi planlarını hədəf alaraq, kütləvi birbaşa yardım vədlərinin “qeyri-mümkün” olduğunu bildirib.


2017-ci il seçkisində səslərin 38 faizini qazanan ultra-mühafizəkar baş hakim İbrahim Rəisi reformistlərlə toqquşmaqdan çəkinib və diqqəti iqtisadiyyata yönəldib.


“İnflyasiya insanların üzləşdiyi ən ciddi problemlərdən biridir. Əsas məhsulların qiyməti əhəmiyyətli dərəcədə artıb”-o, deyib və əlavə edib ki, İran xalqının əsas narahatlıqlarından biri “bəzi rəsmilərin saxtakarlığıdır”.


Rəisi İranın iqtisadi problemlərinə görə ABŞ-ın sanksiyalarını günahlandıran və doğru idarəçilik olmadan ölkənin daha pis vəziyyətdə olacağını söyləyən namizədlərin şərhlərini rədd edib.


“Bu, 17 qol buraxan bir qapıçının “mən olmasam 30 qol vurulardı” deməsinə bərabərdir”, İslam qanunları üzrə doktorluq dərəcəsinə sahib Rəisi bildirib.


Ötən ay Konstitusiyaya Nəzarət  Şurasının tanınmış mötədil namizədləri seçkiyə buraxmamaq qərarı ilə Rəisi namizədlər arasında ən dominant namizədə çevrilib.


Hökuməti dünya qüdrətləri ilə 2015-ci il nüvə razılığını canlandırmaq üçün danışıqlar aparan nisbətən mötədil olan Ruhani iki müddət ard-arda prezident olub və o, üçüncü dəfə namizədliyini irəli sürə bilməz.


Ruhani İranın 2015-ci il nüvə sazişinin əsas memarıdır. Nüvə sazişini canlandırmaq üçün danışıqlar aprel ayından bəri Vyanada davam etdirilir. (amerikaninsesi.org)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17