İran qadınları zorakılıq və işsizlik kimi problemlərə diqqət çəkir

2021-03-10 09:04

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, İranın özündə və mühacirətdə olan iranlı hüquq müdafiəçiləri Beynəlxalq Qadınlar Gününü İslam Respublikasında kişilər tərəfindən zorakılıqlar və koronavirusun təsirinə məruz qalan iqtisadi şəraitdə işsizlik də daxil olmaqla, qadınların üzləşdiyi bəzi çətinliklərə diqqət çəkərək qeyd edib.

Gunaz.tv Quote | Gunaz article

"İslam respublikasında böyüyən bir qadın olaraq rejim tərəfindən hücumlar, təhqirlər və tənqidlərə çox alışmışam" - deyə, İrandan olan dissident Nərgiz Məhəmmədi Amerikanın Səsinin Fars şöbəsinin bazar ertəsi Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı xüsusi proqramda yayımlanan video müsahibəsində bildirib.


“Lakin son zamanlar rejimin mənə münasibətinə etiraz edirəm. Nəyə görə kişi polislər mənə hücum edib məni döyüb? Dəfələrlə məmurlardan mənə yazılı bir cavab göndərmələrini xahiş etmişəm, lakin cavab yoxdur” - deyə, o əlavə edib.


İllərdir Beynəlxalq hüquq müdafiəçiləri tərəfindən haqsız olaraq həbsdə saxlanılmalarına son qoyulması tələb edildikdən sonra 48 yaşlı jurnalist və insan haqları müdafiəçisi Məhəmmədi oktyabr ayında beş illik həbs cəzasından azad edilib. Avqust ayında Amerikanın Səsinə göndərdiyi mesajında Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Tağı Rəhmani onun ağ ciyər xəstəliyi, immun sisteminin zəifləməsi və 2019-cu ilin dekabrında həbsxanaya köçürülərkən döyüldüyü üçün həbsxanadan kənarda xüsusi tibbi yardıma ehtiyacı olduğunu bildirmişdi.


Londonda yerləşən Amnesty International insan haqları qrupunun bildirdiyinə görə, 2015-ci ilin may ayında həbs olunan Məhəmmədi saxlandığı Tehranın Evin həbsxanasından ölkənin şimal-qərbindəki Zəncan şəhərindəki həbsxanaya köçürülərkən təzyiqlərə məruz qalıb.


Sosial mediada yayımlanan videolarda digər iranlı qadın hüquq müdafiəçilərinin də son illərdə islamçıların idarə etdiyi ölkədə mühafizəkar kişilər tərifindən hücumlara məruz qaldıqlarını görmək mümkündür.


Belçikanın Leuven Katolik Universitetində İranın mədəni araşdırmaları üzrə doktorluq namizədi Leyli Nikonzar İranda qadınlara qarşı məişət zorakılıqılarının da ciddi bir problem olduğunu deyib. Amerikanın Səsinin Fars şöbəsinə müsahibəsində o, İranın sosial təminat təşkilatına istinad edərək, bu il psixoloji məsləhət mərkəzinə edilən telefon zənglərinin əvvəlki illərlə müqayisədə iki dəfə çox olduğunu və bu zənglərin çoxunun məişət zorakılığı ilə əlaqəli olduğunu deyib.


"Nəzərə alın ki, ailə üzvləri evdə, qapalı bir məkanda günlərlə, aylarla [koronavirus səbəbindən] qaldıqda və işsizlik, stres, xəstəlik və ölüm kimi digər hallarla qarşılaşdıqda, ailə daxilində zorakılıq artacaq" - deyə, Nikonzar bildirib.


Los-Ancelesdə yaşayan iranlı qadın haqları fəalı və jurnalist Məhbubə Abbasquluzadə Amerikanın Səsinə verdiyi müsahibəsində deyib ki, İranda qadınlara qarşı təzyiq və cinsi təcavüzələ mübarizə aparmaq üçün “Me Too” kimi ictimai hərəkat yoxdur. 2006-cı ildə amerikalı Tarana Berkin cinsi təcavüzə məruz qalmasından sonra dünya boyu fəallar cinsi zorakılıq hallarının qarşısını almaq və öz ölkələrində qurbanlara yardım etmək üçün “Me Too” hərəkatının şüarını yaymağa başladı.


İranın Qadın və Ailə Məsələləri komitəsinin vitse-prezidenti Məsumə İbtkekar keçən ay regional bir forumda etdiyi çıxışı zamanı ölkədə məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq hallarının o qədər də çox olmadığını deyib. O, İranın bu cür problemləri olan digər ölkələrlə müqayisədə “daha yaxşı vəziyyətdə” olduğunu iddia edib.


Lakin Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına təqdim ediləcək hesabatında İranda məişət zorakılığına dair "ciddi narahatlıqlar" olduğunu vurğulayıb.


İran 1979-cu il BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair Konvensiyanı imzalamamış az sayda ölkələrdən biridir.


C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04