SON XƏBƏRLƏR

“İran” qəzetinin anti-türk yazıçısı Urmiyə Şəhər Şurasının üzvünə qarşı ədəbsiz hərəkətlər edib

2021.10.20, 07:36
“İran” qəzetinin anti-türk yazıçısı Urmiyə Şəhər Şurasının üzvünə qarşı ədəbsiz hərəkətlər edib

Gunaz.tv

GünAz TV: Hadisə fevralın 22-də Urmiyədə bir kitabın təqdiqmat mərasimində baş verib.

 

Belə ki, bir müddət əvvəl “İran” qəzetində türklərin ünvanına “mühacirlər”, “səhrada gəzənlər”, “İranda qonaq olanlar” və s. kimi ifadələr yer alan məqalə dərc olunmuşçdur. Urmiyə Şəhər Şurasının üzvü Dr. Murtaza Piri haqlı olaraq məqalənin müəllifini yol verdiyi təhriflərə görə tənqid etmişdir. Məlumata görə, Şəhər Şurasının üzvü mərasim zamanı həmin şəxsin hücumuna məruz qalıb. Təhriflərlə dolu məqalənin müəllifi əhalinin hər zaman dəstək verdiyi şura üzvünə qarşı təhqiramiz söyüş və ifadələr işlədib, yazısını tənqid etdiyinə görə ona hücum edərək təhdid edib. Həmin şəxs kitab təqdimatı mərasiminin adi vəziyyətdə keçirilməsinə də mane olub.

 

Məlumata görə, Dr. Murtaza Piri sözdə yazıçının ədəbsiz hərəkətlərinə qarşı olduqca təmkinli olub, ona mədəni şəkildə reaksiya verib.

 

“İran” qəzetinin irqçi yazıçısı yazdığı cızma-qaraları doğru qələmə verməyə çalışıb, lakin bunun üçün heç bir etibarlı dəlil göstərə bilməyib.

 

Təqdimat mərasimində diqqət çəkən məqamlardan biri də Urmiyənin millət vəkillərindən birinə yaxın olan bir fotoqrafın mərasimdə baş verənləri kameraya çəkməsi olub. Bu ona görə diqqət çəkib ki, Dr. Murtaza Piri özünə qarşı olan hücumu səlahiyyətli orqanlara göstərmək üçün həmin videonu tələb edib, lakin fotoqraf videonu ona verməkdən imtina edib. Mərasim iştirakçıları bu hərəkəti irqçi yazıçıya dəstək vermək kimi qiymətləndiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar