SON XƏBƏRLƏR

İRAN RAKETLƏRİ XƏZƏRDƏKİ NEFT BURUQLARINI VURACAQ

2021.10.20, 07:36
İRAN RAKETLƏRİ XƏZƏRDƏKİ NEFT BURUQLARINI VURACAQ

Gunaz.tv
“İRAN RAKETLƏRİ XƏZƏRDƏKİ NEFT BURUQLARINI VURACAQ” Tehranın ölkəmizə təhlükə törədib-törətməməsi məsələsində tanınmışlar arasında fikir ayrılığı var 480.jpg İranın geniş miqyaslı hərbi təlimlər keçirməsi, uzaqmənzilli raketlərin sınaqdaq keçirilməsi bölgədə savaşın yetişməkdə olduğu barədə rəy verənlərin sayını artırıb. ABŞ-ın Azərbaycandakı səfirinin İrandan, onun raketlərindən Azərbaycana da təhlükə olduğu barədə bəyanatı isə narahtlığı bir az da artırıb. İctimaiyyətdə bu cür açıqlamalardan sonra bir narahatlıq hiss olunmaqdadır. Bəs ölkənin tanınmış siyasi, ictimai kəsimi narahtlığa əsas görürmü və hesab edirlərmi ki, İran raketləri ölkəmiz üçün təhlükə yaradır? ADP sədri Sərdar Cəlaloğlu Azərbaycana İran raketlərindən təhlükə gəldiyi barədə bəyanatları heç də sensasiya hesab etmir: “Belə bir təhlükənin olduğunu İran ABŞ səfirinin bəyanatından əvvəl elan edib. İran rəsmən bəyan etdi ki, ABŞ-dan İranın milli təhlükəsizliyinə təhlükə olacaqsa, hər hansı zərbələr endiriləcəksə, ABŞ-ın özünə yox, onun həyati marağında olan istənilən nöqtəyə cavab zərbəsi endirəcəklər. Bilirsiniz ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı ABŞ və Avropa üçün həyati əhəmiyyət daşıyır. Buraya 50 milyard dollar Qərb kapitalı qoyulub. Sözsüz ki, əgər İranın milli təhlükəsizliyinə ABŞ tərəfindən təhlükə yaranacaqsa, İran raketləri Xəzər dənizindəki neft buruqlarını, Səngəçal terminalını, bütünlükdə ABŞ-ın ölkəmizdə maraq dairəsində olan digər obyektləri vuracaq. Bu da tamamilə təbbiidir. Çünki müharibədə taktika və strategiya məsələsi var”. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə İranın və hansısa digər müsəlman dövlətinin Azərbaycana təhlükə yaratmadığı qənaətindədir: “Əksinə, bütün müsəlman dünyasına qarşı real təhlükə kənardan mövcuddur”. Hacı İlqarın sözlərinə görə, hazırda dünyada bir əsəb savaşı gedir: “İran və ya ABŞ rəsmilərinin bəyanatlarını da əsəb savaşının tərkib hissəsi kimi qiymətləndirə bilərik. Həmçinin İsrail rəsmilərinin çıxışları da əsəb savaşının tərkib hissəsidir. Eyni zamanda hesab edirəm ki, ABŞ səfirinin məlum bəyanatı Azərbaycanın ictimai rəyinə yönəlib, mahiyyətində dürüstlük və səmimilik dayanmır. Daha çox öz mövqelərinə müttəfiq qazanmaq niyyəti ilə bu kimi çıxışlar edirlər”. DEVAMM sədri İraqda, Əfqanıstanda həyata keçirilən cinayətləri bir müsəlman olaraq pislədiyini də bildirdi: “ABŞ-ın bugünkü administrasiyası böyük tarix qarşısında səhvlərə yol verir. Azərbaycan ictimaiyyətində də bu səhvlər birmənalı olaraq pislənilir. Ona görə də hansısa müsəlman ölkəsinin müdafiə tədbirləri başa düşüləndir. Çünki Əfqanıstan və İraq hadisələrindən sonra müsəlman dünyasının digər ölkələrinə də işğal təhlükəsi yarana bilər. İraqa hücum edilməzdən öncə də çoxlu sözlər danışılırdı. Bildirilirdi ki, Səddam Hüseynin nüvə silahı var, haralarasa atacaq və sair. Ancaq məlum oldu ki, bunlar əsası olmayan boş söhbətlər imiş. Artıq ABŞ ictimaiyyəti də müsəlman dünyasına qarşı qeyri-dürüst siyasətin dəyişilməsini istəyir. Əslində Buş administrasiyasının son aylarıdır. Yəqin ki, bu administasiyadan sonra ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər olacaq”. Millət vəkili Pənah Hüseyn İranın “hansı ölkənin ərazisindən ABŞ İrana qarşı istifadə etsə həmin ərazilər vurulacaq” bəyanatını xatırlatdı. P.Hüseynin fikrincə, Azərbaycan ərazisindən İran əleyhinə istifadə olunmazsa, münaqişəyə Azərbaycanın cəlb olunması təhlükəsi yoxdur. Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar