SON XƏBƏRLƏR

İran raketlərini İsrailə tuşladı

2021.10.20, 07:36
İran raketlərini İsrailə tuşladı

Gunaz.tv
İran raketlərini İsrailə tuşladı İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" ("Sepahe Pasdaran") uzun uçuş radiuslu raketlərini İsraildəki bir sıra strateжi obyektlərə tuşlayıb. Səudiyyə Ərəbistanında çıxan "Əl Watan" qəzetinin dünənki sayında "Pasdaran"ın komandanı general Məhəmməd Hicaziyə istinadən bildirilir ki, hədəfə alınmış obyektlər arasında Dimondakı nüvə tədqiqat mərkəzi də ola bilər. "Əgər siz - İsrail işğalçıları - İrana hücum etmək niyyətinə düşübsünüzsə, əlil arabası və çəlik tədarükü görün", - general Hicazi söyləyib. Onun dediyinə görə, ABŞ prezidenti Corc Buşun administrasiyası son günlərini yaşayır və buna görə də yeni savaş "layihəsi"nə başlayaraq İrana hücum edə bilməz: "Amma şayət hücum etmək fikrinə düşsələr, ağır məğlubiyyətə düçar olacaqlar". İsrailin hərbi-hava qüvvələri bu yaxınlarda Aralıq dənizində genişmiqyasıl təlimlər keçirərək İrana zərbələri məşq ediblər. Rəsmi Tehran hesab edir ki, İsrail bu minvalla İrana psixoloжi təsir göstərməyə çalışır. İran ordusu isə ən yaxın vaxtlarda mümkün hücumun qarşısını almağın yollarının məşq ediləcəyi təlimlər keçirəcək. Manevrlərdə hərbi-hava, hərbi-dəniz, hava hücümundan müdafiə qüvvələri, quru qoşunları və "Bəsic" könüllülər korpusu iştirak edəcək. Analitiklər isə hesab edirlər ki, İsrailin İrana hücumu ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri başa çatandan sonra, Birləşmiş Ştatların yeni prezidentinin andiçmə mərasiminə qədər gerçəkləşəcək. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar