İran rejiminin rəsmisi bu ölkə ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

2020-09-29 14:33

İran rejiminin Şərqi Azərbaycan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu bu ölkənin ərazisindən Ermənistana Rusiya silahlarının daşınmasına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

O, bütün foto və videolarda olan sübutlara baxmayaraq, həmin "Kamaz" markalı yük maşınlarının silah-sursat və hərbi texnika daşımadığını iddia etməyə çalışıb. 


Əli Rastqunun iddiasına görə, guya bu "Kamaz"ları Ermənistan Rusiyadan alıb və onlar İran ərazisində tranzit kimi istifadə edilməklə, bu ölkəyə çatdırılır. 


Lakin rəsmi fotolar və videolarda müşahidə edilən həmin "Kamaz"ların yük hissəsindəki üstü çadırla örtülmüş yüklərin nə olduğuna aydınlıq gətirə bilməyib. Valinin nümayəndəsi, həmçinin bu "Kamaz"ların nəyə görə başqa vaxt deyil, məhz Azərbaycanla işğalçı Ermənistan arasında şiddətli döyüşlər gedən vaxt İran ərazisindən keçməsi məsələsinə də toxunmayıb. 

 

Daha çox baxın:

İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir- VİDEO

İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi- VİDEO

İran İslam Respublikası Rusiyanın silahlarını Ermənistana daşıyır- FOTO

Əli Mütəhhəridən etiraf: “İran Qarabağ müharibəsində milli məsələlərə görə Ermənistana dəstək göstərdi”


O, sonda iddia edib ki, "yanlış anlaşmalar olmasın deyə" və "müvafiq araşdırmaların aparılması üçün" Nurduz sərhəd buraxılış məntəqəsinin dayanacağında saxlanılıb. 


Qeyd etmək lazımdır ki, Qarabağda sentyabrın 27-də yenidən başlayan döyüşlərdən sonra güney azərbaycanlılar video və fotolar çəkərək, İran rejiminin Rusiyadan Ermənistana aparılan hərbi texnikalarını daşıyan yük maşınlarına bu ölkənin ərazindən keçərək, Ermənistana doğru hərəkət etdiyini ifşa ediblər. İranın bu anti-Azərbaycan addımı istər güney, istərsə də quzey azərbaycanlıların kəskin hiddəti və etirazına səbəb olduğundan, rejimin məsulu bu gün faktı hər bir vəchlə inkar etməyə çalışıb. 


Digər tərəfdən cari ilin aprel ayında İranın işğal altında olan Dağlıq Qarabağa yanacaq göndərməsi ilə bağlı ermənilərin çəkdiyi video yayılmışdı. Bundan sonra sentyabr ayının əvvəllərində də Rusiyanın göndərdiyi silah-sursat və hərbi texnikanın İrandan keçərək Ermənistana aparılmasını sübut edən çoxlu sayda foto və videolar yayılmışdı. Lakin İran rejimi hər dəfə bütün bu faktlara rəğmən, əsassız sözlərlə sübutları inkar etməyə təlaş göstərir və Ermənistan işğalına bu cür dəstək verir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21