SON XƏBƏRLƏR

İran rejiminin yeni planı: Qərbi Azərbaycanda “kürd icmasının beynəlxalq mədəniyyət mərkəzi” yaradılır

2021.10.20, 07:36
İran rejiminin yeni planı: Qərbi Azərbaycanda “kürd icmasının beynəlxalq mədəniyyət mərkəzi” yaradılır

Gunaz.tv

GünAz TV: İran rejimi bölgədə demoqrafik tərkibi dəyişdirmək siyasətinə uyğun olaraq Qərbi Azərbaycanda "kürd icmasının beynəlxalq mədəniyyət mərkəzi"ni yaratmaq istəyir.

 

Dekabrın 26-da əyalətin Planlaşdırma və İnkişaf Şurasının iclasında "Qərbi Azərbaycanda düzənləmə Sənədi" böyük səs çoxluğu ilə təsdiq edilib.

 

Qərbi Azərbaycanın yerli olmayan və radikal kürdçü mövqeyi ilə tanınan Məhəmməd Mehdi Şəhriyarinin dəstək verdiyi sənəddə “kürd icmasında beynəlxalq mədəniyyət mərkəzi səviyyəsində mədəniyyət infrastrukturlarının yaradılması proqramı” sözlərinə xüsusi yer verilib. Dövlət bu layihəni Qərbi Azərbaycanın Bukan, Mahabad (“Soyuq Bulaq”), Sulduz və Qoşaçay şəhərlərində icra edəcək.

 

Maraqlıdır ki, sənəddə əyalət əhalisinin böyük əksəriyyətini təşkil edən türklərin dil və mədəniyyətinin inkişafı barədə heç nə qeyd olunmayıb.

 

 

Şimali Xorasanın Bocnurd şəhərindən olan Qərbi Azərbaycanın valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o   hər zaman Azərbaycana qarşı sərt mövqeyi ilə seçilib. Məhəmməd Mehdi Şəhriyari sözdə islahatçı adalanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

 

İran rejimi uzun illədir ki, stratejik əhəmiyyətə malik olan Qərbi Azərbaycan Əyalətini kürdləşdirməyə çalışır. Rejimin bu siyasəti kürd terror qruplaşmalarının planları ilə tam üst-üstə düşür. Bu istiqamətdə radikal mühacir kürdlərə müxtəlif formalarda dəstək verilir. Onlar bölgəni kürdləşdirmək üçün kürd terror qruplaşmaları və rejimin imkanlarından geniş şəkildə istifadə edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar