SON XƏBƏRLƏR

İran rəsmən təsdiqlədi: Qumda iki nəfər koronavirusa yoluxub

2021.10.20, 07:36
İran rəsmən təsdiqlədi: Qumda iki nəfər koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyi 2 Qum sakininin koronavirusa yoluxduğu barədə məlumat yayıb.

 

Nazirliyin məlumatına əsasən, həmin şəxslərin analizlərinin nəticəsi müsbət çıxıb. Bu, İrandan yeni virusa yoluxma halı ilə bağlı yayılan ilk rəsmi xəbər hesab edilir.

 

Bundan öncə İranın Səhiyyə Nazirliyi ölkədə heç kimin sözügedən xəstəliyə yoluxmadığını bəyan etmiş və bu xüsusda yayılan bütün xəbərləri təkzib etmişdi.

 

Ötən gün Daxili İşlər nazirinin Səhiyyə nazirinə koronavirusa yoluxma və ya bu xəstəlikdən ölmə faktlarını fevralın 21-də keçiriləcək Parlament seçkilərindən sonraya qədər ertələmə barədə yazdığı məktub mediaya yol açmışdı. Səhiyyə nazirinin müavini isə məktubu "saxta" adlandırmışdı.

 

Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur virusa yoxulan hər iki şəxsin karantinə alındığını, Qumda isə yoluxucu xəstəliklərin idarə edilməsi və nəzarət qruplarının yerləşdirildiyini bəyan edib.

 

Qeyd etmək lazımdır ki, 2019-cu ilin dekabr ayının sonlarında ilk dəfə Çinin Vuhan şəhərində baş qaldıran koronavirus bu günə qədər dünyanın 24 ölkəsinə yayılıb. Çində bu virusdan indiyə qədər 2400 nəfər ölüb, digər ölkələrdə də azsaylı ölüm halları qeydə alınıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar