İran rəsmiləri milli fəalın övladına şəhadətnamə vermirlər- Uşağa türk adı qoyulduğuna görə

2020-10-15 16:15

Ərdəbildə yaşayan güney azərbaycanlı incəsənət xadimi və gözdən əlil olan milli fəal Səccad Culaninin övladına doğum haqqında şəhadətnamə verilmir.

Gunaz.tv Quote | Gunaz article

O, övladına türk adı qoyub. Amma 4 aya yaxındır ki, İranın Notariat İdarəsinin rəsmiləri "Ettelaat"ın Ərdəbil əyaləti şöbəsinin sifarişi ilə həmin türk adı uşağın doğum haqqında şəhadətnaməsinə yazmırlar. 


Səccad Culaninin ailəsi məsələ ilə əlaqədar müxtəlif müvafiq qurumlara müraciət ediblər. Lakin onlara verilən cavabda bildirilib ki, adların seçilməsinə Tehranda olan 2 nəfər nəzarət edir. Əgər uşağa qoyulmuş ad həmin 2 nəfərin seçib təklif etdiyi addan fərqli olarsa, o zaman uşağa doğum haqqında şəhadətnamə verilmir. 


Fəal özü də bir müddət əvvəl yaydığı videoda Notariat İdarəsinin rəsmilərinin bu cür rəftarını kəskin tənqid etmişdi. Bu hal çoxmillətli bölgə olan İranda irqçiliyin ölkəni necə hörümçək toru kimi cənginə aldığının daha bir bariz nümunəsidir. 


Digər tərəfdən, sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş eyləmdə tutulan Səccad Culani və digər 10 fəal barədə hələ də məlumat yoxdur. Türk adına görə övladına 4 aydır sənəd verilməyən fəalın özü və digər milli fəalların hamısı həmin eyləm zamanı saxlanılarkən təhlükəsizlik orqanları tərəfindən vəhşiçəsinə döyülüb. 


Bu gün İranda görmə qabiliyyətindən məhrum insanlara qayğı günü kimi qeyd edilir. Lakin belə bir gündə gözdən əlil olan fəal həbsxanadadır və onun taleyi barədə heç bir məlumat yoxdur. 


"Bağlama" sazı ifaçısı olan Səccad Culaninin mahnılarında irqi ayrıseçkilik, ictimai barəbarsizlik, fəlakətli iqtisadiyyat, ətraf mühitin məhv edilməsi, qadın haqları və ana dilində təhsil almaq hüququ kimi xüsusi əhəmiyyət kəsb edən mövzular yer alır. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24