SON XƏBƏRLƏR

İRAN RƏSMİLƏRİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRAN ABBAS PALİZDAR BU GÜN HƏBS EDİLDİ

2021.10.20, 07:36
İRAN RƏSMİLƏRİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRAN ABBAS PALİZDAR BU GÜN HƏBS EDİLDİ

Gunaz.tv
İRAN RƏSMİLƏRİNİ POZĞUNLUQ və İQTİSADİ FIRILDAQDA GÜNAHLANDIRAN ABBAS PALİZDAR BU GÜN HƏBS EDİLDİ abbaspalizdar.jpg Abbas Palizdar Bir müddət əvvəl Şiraz və Həmədan universitetlərində çıxış edərək İranın 50-dən çox yüksək rütbəli dövlət rəsmisini pozğunluq, iqtisadi fırıldaq, hökumət əmlakını mənimsəməkdə günahlandıran məhkəmə sistemini tədqiq və araşdırma komissiyasının rəhbəri Abbas Palizdar iyunun 11-də həbs edilib. Prezident Mahmud Əhmədinejadın yaxın adamı sayılan A.Palizdar çıxışlarında demişdi ki, iqtisadi mafiya sistemində mühüm rol oynayan həmin şəxsləri İran Məhkəmə Sisteminin rəisi Haşimi Şahrudi himayə edir. A.Palizdarın siyahısında adlarını çəkdiyi şəxslərin arasında ölkənin ən məşhur rəsmilərinin də adları var: Abbas Vaiz Təbəsi (Məşhədin tanınmış nüfuzlu ruhanisi) və oğlu Nasir Vaiz Təbəsi, ayətullah Məhəmməd İmami Kaşani (Tehranın imam cüməsi), Məhəmməd Yəzdi (İran Məhkəmə Sisteminin keçmiş rəisi) və oğlu Həmid Yəzdi, Əbülqasim Xəzəli (ruhani, Konstitusiyaya Nəzarət Şurasının keçmiş üzvü), Əli Əkbər Natiq Nuri (İranın dini rəhbəri ayətullah Əli Xamneyi qərargahının özəl müfəttiş qrupunun rəisi), höccətülislam Moezzi (həmin qərargahın rəis müavini), Möhsün Rəfiqdust (İran İnqilab Keşikçiləri Korpusunun qurucularından biri və Müstəzəflər (yoxsullar) fondunun keçmiş rəisi), Həbibulla Əsgərövladi (İslam Birliyi Partiyasının rəhbəri), Əli Fəllahiyan (İranın keçmiş təhlükəsizlik naziri), Əli Əkbər Haşimi Rəfsəncani (keçmiş prezident) və oğlanları. «Media forum» saytının məlumatına görə, A.Palizdar bu gün hökumət işçilərinə aid şöbəyə çağırılaraq ictimai fikri çaşdırmaqda, yalan və şayiə yaymaqda, həmçinin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq həbs edilib. A.Palizdara İran Millət Bankı da iddia qaldırıb. Bank onu götürdüyü 6 milyard tümənlik krediti mənimsəməkdə və bu məbləği banka qaytarmamaqda günahlandırır. A.Palizdarın çıxışının videolentləri 10 gün əvvəl tələbələr arasında geniş yayılıb və internetdə yerləşdirilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar