SON XƏBƏRLƏR

İran rəsmisi: “Amerika ilə müharibə olsa, ölkədə sosial şəbəkələr bağlanacaq”

2021.10.20, 07:36
İran rəsmisi: “Amerika ilə müharibə olsa, ölkədə sosial şəbəkələr bağlanacaq”

Gunaz.tv

GünazTV: İranın Mülki Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali mayın 26-da jurnalistlərə açıqlamasında Amerika ilə mümkün savaşdan danışıb.

 

Öz açıqlamasında İranla İraq arasında baş vermiş 8 illik müharibə dövründə yaranmış böhran şəraitində insanları idarə etmək tərzinə toxunan Qulamrza Cəlali deyib ki, “düşmən” sosial şəbəkələrdən istifadə edərək, ölkə vətəndaşlarına təsir etməyə çalışır: “Amerika ilə müharibə olsa, ölkədə sosial şəbəkələr bağlanacaq. Bu gün, ölkənin öz yerli sosial şəbəkələrinin olmaması, Amerikaya imkan verir ki, dünyada fəaliyyət göstərən sosial şəbəkələr vasitəsilə ölkə iqtisadiyyatına və vətəndaşlarımıza təsir göstərsin. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır.

 

Məhz buna görə də düşünürəm ki, müharibə baş verəcəyi təqdirdə, təhlükəsizlik məsələləri ilə  bağlı böhranlı vəziyyəti  nəzərə alaraq, ölkədə bütün sosial şəbəkələr bağlanacaq. Bununla da düşmənin ölkə vətəndaşlarına psixoloji təsiri aradan qaldırılacaq,  iqtisadiyyatımıza qarşı təzyiqləri öz təsirini itirəcək” –deyə Qulamrza Cəlali əlavə edib.  

 

Xatırladaq ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi üç həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

 

Son günlər isə, İranla Amerika arasında mümkün savaşla bağlı bəyanatların səsləndirilməsi, iki ölkə rəhbərləri arasındakı söz müharibəsini şiddətləndirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar