SON XƏBƏRLƏR

İran rəsmisi: “Azərbaycan bankları çirkli pulların yuyulması bəhanəsi ilə iranlı tacirlərin işini xeyli çətinləşdirib”

2021.10.20, 07:36
İran rəsmisi: “Azərbaycan bankları çirkli pulların yuyulması bəhanəsi ilə iranlı tacirlərin işini xeyli çətinləşdirib”

Gunaz.tv

GünAzTV: İran-Azərbaycan müştərək ticarət otağının sədri Behruz Pursüleyman yanvarın 16-da  “İlna” agentliyinə açıqlamasında Azərbaycan vətəndaşlarının tibbi müalicə almaq üçün İrana geniş səfərindən və Azərbaycan Respublikasının banklarından danışıb.

 

Pursüleyman bildirib ki, İranın milli valyutasının xarici valyutalara nisbətən dəyərini xeyli dərəcədə itirməsi, Azərbaycan Respublikası vətəndaşlarının tibbi müalicə almaq üçün İrana səfər etməsinə gətirib çıxarıb: “Bizim milli valyutamızın xarici valyutalara, o cümlədən də “manat”a nisbətən dəyərini itirməsi, son aylar Azərbaycan Respublikası vətəndaşlarının tibbi müalicə almaq məqsədilə Təbrizə üz tutmasına səbəb olub. Bu isə hesab edirik ki, ölkəmizdəki turizm sektorunun inkişafına yaxşı potensial yaradıb.

 

İranlı tacirlərin Azərbaycan Respublikasında üzləşdiyi problemlərə gəlincə, bildiririk ki, Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyaların ardınca, iranlı tacirlər Azərbaycan Respublikasında çoxlu problemlərlə üz-üzə qalıblar. Həmin problemlərdən biri, bank hesabları açmaq və bank işlərini aparmaqda yaranan məhdudiyyətlərdir. Bütün bunlara baxmayaraq, xoşbəxtlikdən bu günə qədər heç bir bank hesabı bağlanmayıb. Lakin əgər bu gün bir iranlı tacir Azərbaycan banklarında hesab açmaq istəsə, bu çox çətinliklə başa gəlir.

 

Ümumiyyətlə, Azərbaycan Respublikasının bankları çirkli pulların yuyulması bəhanəsi ilə iranlı tacirlərin işini xeyli çətinləşdiriblər. Belə ki, vəziyyət tacirlərimiz üçün çox ağır olub. İran Milli Bankının Bakıdakı filialı da Azərbaycan Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərir və iranlı tacirlərə konkret hər hansı bir şərait və imkan yaratmır”.

 

Behruz Pursüleyman

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar