İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançı yanvarın 25-də NBC telekanalına müsahibəsində ölkəsinin Amerikanın yeni hökuməti ilə münasibətlərindən və Tehranın Qərblə imzaladığı nüvə sazişindən danışıb.
Gunaz.tv
O deyib ki, rəsmi Tehran indiyə qədər Co Bayden hökuməti ilə hər hansı bir əlaqə saxlamayıb, danışıqlar aparmayıb: “Biz, Co Baydenin ilk diplomatik addım atmasını, ölkəmizə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsini və Amerikanın nüvə sazişinə qayıtmasını gözləyirik.
Bizim Vaşinqtonla birbaşa danışıqlar aparmaq istəyib-istəməyimiz və ya İsveçrə kimi bir ölkənin aramızda vasitəçi kimi rol oynaması ehtimalı ilə bağlı suala gəlincə, bildirməliyəm ki, yox, biz bunu istəmirik və belə bir niyyətimz də yoxdur və bu istiqamətdə addım atmayacağıq.
Biz, Amerika ilə danışıqlar aparmağa tələsmirik. Bu Amerika Birləşmiş tatlarından və onun hansı addımı atacağı ilə bağlı qərarından asılıdır. Bir daha bildirirəm ki, biz buna tələsmirik.
Biz, Amerikanın yeni prezidentinin verdiyi vədlərə əməl edib-etməyəcəyini görmək istəyirik. Əgər o verdiyi vədlərə əməl etsə, biz də nüvə razılaşması şərtlərinin icrası və ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik. Top artıq Amerika Birləşmiş Ştatlarının meydançasındadır”, -deyə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançı NBC telekanalına müsahibəsində bəyan edib.
A.M