İran rəsmisi: “Çin imzalanmış əməkdaşlıq sənədinin mətninin yayılmasını istəmir”

2021-03-31 13:47

İran hökumətinin sözçüsü Əli Rəbii martın 30-da jurnalistlərə açıqlamasında Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”ndən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Rəbiinin açıqlaması ölkədə İranla Çin arasında imzalanmış sözü gedən sənədə qarşı etirazların gündən-günə artdığı bir vaxta təsadüf edib.

 

İranla Çin arasında 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin imzalanmasına etiraz edənləri əcnəbilərə bağlı olmaqda və cəmiyyətdə hökumətə qarşı provakativ təbliğat aparmaqda günahlandıran Əli Rəbii deyib ki, rəsmi Tehranın bu sənədin mətninin yayılması üçün hər hansı bir problemi yoxdur.

 

“İran hökumətinin elə ilk gündən bu sənədin mətninin ictimaiyyətə işıqlandırılmasında hər hansı bir problemi olmayıb. Lakin memorandomu imzalayan qarşı tərəf (Çin-red) bəzi mülahizələri nəzərə alaraq, aramızda imzalanmış “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin mətninin yayılmasını istəmir və buna meyilli deyil.

 

Hazırda bu sənədin imzalanmasına qarşı çıxan və ölkədə hökumətə qarşı yalan və provakativ məlumatlar yayanların bir hissəsi özləri əcnəbilərə meyilli adamlardır. Aydın məsələdir ki, onlar vətənpərvərlik və ya ürək yanğısı hissi ilə ilə yox, İran İslam Respublikasının müstəqilliyinə qarşı çıxdıqlarına görə hökumətə qarşı belə yalan təbliğat aparmağa başlayıblar və bununla bağlı əsassız fikirlər səsləndirirlər”, -deyə İran hökumətinin sözçüsü Əli Rəbii jurnalistlərə açıqlamasında Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”ndən danışarkən bildirib.


Xatırladaq ki, martın 27-də Tehranda İranla Çin arasında müxtəlif sahələrdə 25 illik mükəmməl və “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.


Sənədi Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və birbaşa göstərişi ilə imzalanan sənədin mətni xalqdan və mediadan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi barədə xəbərlər yayılır.  


Martın 29-da Tehranda və Kərəcdə yüzlərlə etirazçı küçələrə çıxaraq, İranla Çin arasında imzalanmış memoranduma etiraz bildiriblər. İran parlamentinin qarşısında toplaşan etirazçılar isə“İran satlıq deyil” şüarı səsləndirərək ölkəninin hakim ruhanilər tərəfindən hərraca çıxarılmasına son qoyulmasını, imzalanmış sənədin ləğv edilməsini tələb ediblər. 


Yayılan məlumata əsasən, hazırda sözü gedən sənədə qarşı etirazların arta biləcəyi ehtimalını nəzərə alaraq, Çinin Tehrandakı səfirliyi polis qüvvələri tərəfindən qorunur.

Çin-İran arasında əməkdaşlıq müqaviləsinə etirazlar davam edir

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

2021-05-13

gun az article

Livandan İsrailə raketlər atılıb

2021-05-13

gun az article

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

2021-05-13

gun az article

Çempionlar Liqasının finalı İstanbuldan alındı

2021-05-13

gun az article

SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

2021-05-13

gun az article

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb - VİDEO

2021-05-13

gun az article

Zərif: “Səudiyyə Ərəbistanı ilə əlaqə qurmağa hazırıq”

2021-05-13

gun az article

ABŞ prezidenti Co Baydendən İsrailə DƏSTƏK

2021-05-13

gun az article

Birinci vitse-prezident “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb-VİDEO

2021-05-13

gun az article

“Sepah”, seçki qabağı terror əməliyyatları üçün nəzərdə tutulmuş özəl silah-sursat ələ keçirdiyini bildirir

2021-05-13

gun az article

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

2021-05-13

gun az article

Azərbaycan idmanında ilk - Tokio-2020-yə lisenziya qazandı

2021-05-13

gun az article

General-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

2021-05-13

gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13