SON XƏBƏRLƏR

İran rəsmisi: “Çox ehtimal ki, Tramp nüvə sazişindən çıxacaq. Ölkədə baş verə biləcək dəyişikliklərə hazır olmalıyıq”

2021.10.20, 07:36
İran rəsmisi: “Çox ehtimal ki, Tramp nüvə sazişindən çıxacaq. Ölkədə baş verə biləcək dəyişikliklərə hazır olmalıyıq”

Gunaz.tv

GünAzTV: İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt, mayın 2-də Gilan əyalətinin Ənzəli şəhərində müəllimlərlə bağlı keçirilən bir tədbirdə çıxış edərək nüvə sazişindən və Amerika hökumətinin həmin razılaşmadan çıxması ehtimalından danışıb.

 

Nobəxt bildirib ki, İran hakimiyyəti, ABŞ prezidentinin məsələ ilə bağlı qərarını açıqlamasından sonra başlanacaq mərhələyə hazır olmalıdır: “Çox ehtimal ki, Tramp mayın 12-də nüvə razılaşması (“Bərcam”) ilə bağlı qəti qərarını açıqlayaraq bu sazişdən çıxacaq. Elə buna görə də, hesab edirəm ki, biz, bunun ardınca ölkədə baş verə biləcək dəyişikliklərə və yarana biləcək fərqli atosferə hazır olmalıyıq.

 

Biz, ölkə atmosferinin mümkün dəyişməsi üçün tam hazırıq. Məhz buna görə də, indiki gündən fərqlənəcək həssas günlər üçün müəyyən tədbirlər görmüş, büdcələr ayırmışıq”.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl nüvə sazişini dəfələrlə “ən pis” razılaşma adlandıraraq, sazişin mətninə yenidən baxılmasını və ona düzəlişlər edilməsini tələb edib. Tramp, Amerikanın nüvə sazişində qalıb-qalmayacağını mayın 12-də elan edəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar