İran rəsmisi erkən evliliyə bəraət qazandirib

2021-02-09 15:47

İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin müavini və Sosial Təminat Təşkilatının rəhbəri son vaxtlar yetkinlik yaşına çatmayan uşaqların evləndirilməsi ilə bağlı tənqidlərə cavab verib.

Gunaz.tv Quote | Gunaz article

Tağı Rüstəmvəndi fevral ayının 8-də “İlna” xəbər agentliyinə verdiyi açıqlamada ölkədə “uşaq evliliyi” ilə bağlı deyilənləri inkar edərək bunu “erkən nikah” adlandırmağı məsləhət bilib.

 

Onun sözlərinə görə, “İranda uşaq evliliyi yoxdur. Sadəcə erkən evlilik halları var. Buda qanun və şəriət tərəfindən qəbul və təsdiq edilir.

 

O, 13 yaşına çatmayan qızların evlənməsinə məhkəmənin onun fiziki yetkinliyi və evliliyə hazırlığı ilə bağlı yoxlanışdan sonra verdiyi qərarla icazə verildiyini söyləyərək, burada qeyri-adiliyin olmadığını bildirib.

 

Nazir müavini bir çox kəndlərdə 13 yaşlı qız uşaqlarının ailə qurmaq üçün fiziki hazırlıqlarının olduğunu deyərək, bu yaşda evliliyin qanuniləşdirilməsinin tərəfdarı olduğunu söyləyib.

 

T.Rüstəmvəndi “uşaq evliliyi deyilən halların əslində 13-14 yaşlı qızların evləndirilməsi olduğunu, bunun qadağan olmadığını və 10 yaşına çatmamış qız uşaqlarının evləndirilməsinin az hallada baş verdiyini” vurğulayıb.

 

O, qanun və dini qaydaların 15 yaşına çatmamış uşaqların evliliyinə icazə verdiyini, bu evliliklərin qeydiyyata alındığını, onların kimlik bəlgələrində “ailə vəziyyəti” səhifəsi olmadığı üçün 15 yaşdan sonra evliliklərinin tam rəsmiləşdirilərək şəxsiyyət vəsiqələrində yazıldığını deyib.

 

Bundan öncə İdman və Gənclər Nazirliyi yaydığı bəyanatda evlilik krediti almaq üçün “uşaq evlilikləri”nin kəskin artdığını bildirmişdi.

 

Xatırladaq ki, bir neçə gün öncə “İran Statistika Mərkəzi”nin hesabatında ötən ilin yay aylarında 10-14 yaş arası 9 min 58 qız uşağının evləndirildiyi göstərilib.İran Prezidentinin Qadın və Ailə məsələləri üzrə müavini Məsumə Ebtekarın dediyinə görə, ölkədə il boyu ortalama 30 min 14 yaşına çatmamış qız uşağı evləndirilir.

 

Qeyd edək ki, bu statistika sadəcə qeydə alınan rəsmi rəqəmləri göstərir. Ölkədə qadın və uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən qurumların bildirdiyinə görə, real say bundan qat-qat artıqdır.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14

gun az article

“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14

gun az article

Ərdəbildə Abbas Lisaniyə böyük dəstək- "Azərbaycan oğullarının səsi batmayacaq" -VİDEO

2021-06-14

gun az article

Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14

gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç güneyli məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək aksiyası genişlənir- FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

Abbas Lisani ilə bağlı durum BMT-nin Baş katibi və Ali Komissarlığının illik hesabatında

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12