SON XƏBƏRLƏR

İran rəsmisi: “Etirazlara başçılıq edib yönəldənlərdən 100-ü “Sepah” tərəfindən həbs edilib” - 3 FOTO

2021.10.20, 07:36
İran rəsmisi: “Etirazlara başçılıq edib yönəldənlərdən 100-ü “Sepah” tərəfindən həbs edilib” - 3 FOTO

Gunaz.tv

GünazTV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili noyabrın 22-də jurnalistlərə açıqlamasında son bir həftə ölkənin müxtəlif şəhərlərində baş vermiş dinc kütləvi etirazlarda həbs edilənlərdən danışıb.

 

O deyib ki, ölkənin müxtəlif bölgələrində etirazlara başçılıq edən və ya onu yönəldən 100-ə yaxın insan həbs edilib: “Etirazların əsas səbəbkarları və ona liderlik edənlərdən 100-ü müxtəlif şəhərlərdə “Sepah” qüvvələri tərəfindən həbs edilib. Həmçinin bu kimi şəxslərin böyük bir qisminin kimliyi ETTELAAT tərəfindən müəyyən edildikdən sonra həbs edilib və ya həbs olunmaq ərəfəsindədirlər” –deyə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili əlavə edib.

 

Həmçinin yayılan digər bir xəbərə əsasən, “Sepah” və mülki geyimli ETTELAAT əməkdaşları noyabrın 20-də Tehran Universitetinə basqın edərək, etirazlarda iştirak etdiyi təxmin edilən 50 tələbə və siyasi fəalı tutub naməlum istiqamətə aparıblar.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar ara-sıra davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar